DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

İnsan həyatı üçün təhdid yaradan kəsici-deşici alətlərin satışının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir

26.04.2024

Müxtəlif təyinatlı kəsici-deşici alətlərin satışı və gəzdirilməsinin ictimai təhlükəsizliyə aşkar təhdid yaratması nəzərə alınaraq onların satışının qarşısının alınması istiqamətində polis əməkdaşları tərəfindən silsilə tədbirlər davam etdirilir. 
Polis əməkdaşlarının aprelin 26-da paytaxtın Sabunçu, Qaradağ və Nizami rayonları ərazisində keçirdikləri tədbirlərlə 4 mağazadan xəsarət yetirmək təyinatına malik, satışı nəzərdə tutulan ümumilikdə 296 kəsici-deşici alət aşkar olunaraq götürülüb. 
Maddi sübut kimi götürülən həmin silahlarla bağlı müvafiq ekspertiza təyin olunub, saxlanılan şəxslər barəsində araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq onların əməlinə hüquqi qiymət veriləcəkdir.
Daxili İşlər Nazirliyi məişət təyinatı olmayan soyuq silahların satışının məsuliyyət yaratdığını diqqətə çatdıraraq bunu təşkil edən şəxsləri əməllərindən çəkinməyə çağırır.

26.04.2024 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 82 cinayətin açılması təmin olunub 26.04.2024
  • Paytaxt və respublikanın ayrı-ayrı rayonlarında qanunsuz saxlanılan silah-sursat təhvil götürülüb 26.04.2024
  • Qanunsuz saxlanılan 3 tüfəng aşkar edilərək götürülüb 26.04.2024
  • Xankəndi şəhəri ərazisindən silah və sursatlar aşkar olunaraq götürülüb 26.04.2024
  • Aprelin 26-da ümumi çəkisi 4 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb 26.04.2024
  • İnsan həyatı üçün təhdid yaradan kəsici-deşici alətlərin satışının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir 26.04.2024
  • Səbail rayonu ərazisində yerləşən mağazaların birində piştaxtadan qızıl boyunbağı oğurlamaqda şübhəli bilinən E.Quliyev saxlanılıb 26.04.2024
  • Nəsimi rayonu ərazisində bir nəfərə məxsus velosipedi oğurlamaqda şübhəli bilinən İ.Babayev saxlanılıb 26.04.2024
  • Nərimanov rayonunda saxlanılan narkokuryerdən 5 kiloqram marixuana aşkarlanıb 26.04.2024