Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Ümumi çəkisi 1,1 kiloqram narkotik vasitə aşkar olunaraq götürülüb
22.10.2026
Polis tərəfindən keçirilən əməliyyat tədbirləri ilə oktyabrın 22-də ümumi çəkisi 1,1 kiloqram narkotik vasitə aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
1 avtomat silahı, 3 qumbara, 5 tüfəng, 31 ədəd patron aşkar edilərək götürülüb
Oktyabrın 22-də polis tərəfindən paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 3 qumbara, 5 tüfəng, 31 ədəd patron aşkar edilərək götürülüb. Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Sumqayıtda şirkətdən oğurluq edən şəxs saxlanılıb
Sumqayıt şəhəri ərazisində yerləşən şirkətlərin birindən 1750 manat dəyərində naqil və digər metal qurğular oğurlanıb. Polisin keçirdiyi tədbirlərlə əməli törədən əvvəllər məhkum olunmuş F.Nəbiyev müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun həmin şirkətdə mühafizəçi işlədiyi müəyyən olunub.Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Motosiklet qaçıran, skuter və velosiped oğurlayan beş nəfər saxlanılıb
Paytaxtın Yasamal və Nəsimi rayonlarında motosikletlərin qaçırılması, skuter və velosiped oğurluqları ilə bağlı polisə məlumat daxil olub.Həyata keçirilən tədbirlərlə Yasamal rayonu ərazisində ayrı-ayrı vətəndaşlara məxsus motosikletləri qaçıran Y.Bağırov, T.Dəmirov və M.Qədirov müəyyən edilərək saxlanılıblar. Araşdırmalarla M.Qədirovun paytaxtın digər rayonlarında da analoji əməllər törətdiyi müəyyən olunub.Nəsimi rayonunda isə 1800 manat dəyərində skuter və həmçinin 2500 manat dəyərində velosiped oğurlayan Q.Abbasov, eləcə də əvvəllər məhkum olunmuş V.Cəfərov saxlanılıblar.Faktlarla bağlı araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 51 cinayətin açılması təmin olunub
21.10.2026
Oktyabrın 21-də ölkə ərazisində qeydə alınan 39, əvvəlki dövrlərdən bağlı qalan 12 cinayətin açılması polis tərəfindən təmin olunub.
Axtarışı aparılan 2 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Oktyabrın 21-də polis tərəfindən keçirilən tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 2 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Dələduzluğa görə axtarışda olan 11 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Oktyabrın 21-də polis tərəfindən keçirilən əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 11 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Ümumi çəkisi 40,5 kiloqram narkotik vasitə və 400 ədəd güclü təsiredici xassəyə malik həb aşkar olunaraq götürülüb
Polis tərəfindən keçirilən əməliyyat tədbirləri ilə oktyabrın 21-də ümumi çəkisi 40,5 kiloqram narkotik vasitə və 400 ədəd güclü təsiredici xassəyə malik həb aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
1 tapança və 3 tüfəng aşkar edilərək götürülüb
Oktyabrın 21-də polis tərəfindən paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 tapança və 3 tüfəng aşkar edilərək götürülüb. Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 46 cinayətin açılması təmin olunub
20.10.2026