Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 7 nəfər saxlanılaraq istintaqa təhvil verilib
29.10.2026
Əməliyyat tədbirləri ilə narkotik vasitə aşkar olunaraq götürülüb
Polis tərəfindən keçirilən əməliyyat tədbirləri ilə oktyabrın 29-da ümumi çəkisi 1 kiloqram narkotik vasitə aşkar olunaraq götürülüb.Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 53 cinayətin açılması təmin olunub
28.10.2026
Oktyabrın 28-də ölkə ərazisində qeydə alınan 48, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis tərəfindən təmin olunub.
Sumqayıtda oğurluq edən şəxslər saxlanılıblar
Sumqayıt şəhəri ərazisində yerləşən evlərin birindən 700 manat dəyərində elektrik naqili oğurlanıb. Polisin həyata keçirdiyi tədbirlərlə talama cinayətini törədən, əvvəllər məhkum olunmuş 41 yaşlı M.Hüseynov saxlanılıb. Həmin şəxsdən əlavə olaraq narkotik vasitələr də aşkarlanıb. Şəhər ərazisində qeydə alınan digər hadisə zamanı isə dəyəri 900 manat olan 2 ədəd velosiped oğurlayan əvvəllər məhkum olunmuş 54 yaşlı F.Nəcəfovu da polis saxlayıb.Hər iki faktla bağlı araşdırma aparılır.
Evdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb
Paytaxtın Sabunçu rayonu ərazisində yerləşən mənzillərin birindən dəyəri 10 min manat olan qızıl-zinət əşyaları oğurlanıb. Polisin həyata keçirdiyi tədbirlərlə əməli törədən 40 yaşlı Ə.Məmmədova müəyyən edilərək saxlanılıb. Onun oğurladığı qızıl-zinət əşyalarını satdığı məlum olub.Araşdırma davam etdirilir.
İtkin düşmüş kimi axtarışı aparılan 6 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Oktyabrın 28-də polis tərəfindən keçirilən tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 6 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Dələduzluğa görə axtarışda olan 12 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Oktyabrın 28-də polis tərəfindən keçirilən əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 12 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Ümumi çəkisi 40,5 kiloqram narkotik vasitə və 1800 ədəd güclü təsiredici xassəyə malik həb aşkar olunaraq götürülüb
Polis tərəfindən keçirilən əməliyyat tədbirləri ilə oktyabrın 28-də ümumi çəkisi 40,5 kiloqram narkotik vasitə və 1800 ədəd güclü təsiredici xassəyə malik həb aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
1 avtomat silahı, 2 qumbara, 8 tüfəng, 1 patron darağı və 179 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb
Oktyabrın 28-də polis tərəfindən paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 2 qumbara, 8 tüfəng, 1 patron darağı və 179 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb. Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 55 cinayətin açılması təmin olunub
27.10.2026
Oktyabrın 27-də ölkə ərazisində qeydə alınan 50, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis tərəfindən təmin olunub.