Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Dələduzluğa görə axtarışda olan 12 nəfər saxlanılaraq istintaqa təhvil verilib
12.11.2026
Noyabrın 12-də polis tərəfindən keçirilən əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 12 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
2 avtomat silahı, 13 tüfəng, 2 patron darağı və 60 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb
Noyabrın 12-də polis tərəfindən paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 13 tüfəng, 2 patron darağı və 60 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb. Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Avtomobilin dövlət qeydiyyat nişanını oğurlayan şəxslər saxlanılıblar
Binəqədi rayonu ərazisində “Hyundai” markalı avtomobilin dövlət qeydiyyat nişanının oğurlanması və geri qaytarılması müqabilində sahibindən 2000 manat tələb edilməsi barədə polisə müraciət daxil olub.Polisin keçirdiyi tədbirlərlə əməli törədən 39 yaşlı T.Sultanov və 34 yaşlı R.Məmmədov müəyyən edilərək saxlanılıblar.Faktla bağlı araşdırma aparılır.
Sabunçu və Abşeronda oğurluq edən 4 nəfər saxlanılıb
Sabunçu və Abşeron rayonlarında oğurluq hadisələri törətməkdə şübhəli bilinən şəxslər polis tərəfindən saxlanılıblar. Sabunçu rayonu ərazisində zərərçəkənlərə məxsus ümumi dəyəri 5000 manata yaxın olan məişət əşyaları oğurlanıb. Polisin keçirdiyi tədbirlərlə əməli törədən 29 yaşlı N.Xəlilov müəyyən edilərək saxlanılıb.Abşeron rayonu ərazisində isə tikiş sexlərindən birindən ümumi dəyəri 15000 manat olan 50000 ədəd kisə oğurlanıb. Polisin keçirdiyi tədbirlərlə oğurluq edən 45 yaşlı E.Kərimov, 34 yaşlı N.Quliyev və 36 yaşlı S.Qaraşov müəyyən edilərək saxlanılıblar.Faktlarla bağlı araşdırmalar aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 47 cinayətin açılması təmin olunub
11.11.2026
İtkin düşmüş kimi axtarışı aparılan 3 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Noyabrın 11-də polis tərəfindən keçirilən tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 3 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Dələduzluğa görə axtarışda olan 11 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir
Noyabrın 11-də polis tərəfindən paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 28 tüfəng aşkar edilərək götürülüb.Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 34 cinayətin açılması təmin olunub
10.11.2026
Noyabrın 10-da polis tərəfindən keçirilən tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 3 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.