Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
İcarəyə götürdüyü maşını sökərək ehtiyat hissələrini satan şəxsi polis saxladı
23.11.2026
Abşeron rayonunda oğurluq hadisəsi qeydə alınıb. Zərərçəkən “Toyota” markalı avtomobilini icarəyə verdiyini, daha sonra təhvil aldıqda 2000 manat dəyərində ehtiyat hissələrinin sökülərək oğurlandığını bildirib.Polis tərəfindən keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən E.Əhmədov müəyyən olunaraq saxlanılıb. Onun taladığı ehtiyat hissələrini satdığı məlum olub.Araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 41 cinayətin açılması təmin olunub
22.11.2026
İtkin düşmüş kimi axtarışı aparılan 13 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Noyabrın 21-də və 22-də polis tərəfindən keçirilən tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 13 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Dələduzluğa görə axtarışda olan 6 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Noyabrın 21-də və 22-də polis tərəfindən keçirilən əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 6 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Ümumi çəkisi 23,1 kiloqram narkotik vasitə aşkar olunaraq götürülüb
Polis tərəfindən keçirilən əməliyyat tədbirləri ilə noyabrın 21-də və 22-də ümumi çəkisi 23,1 kiloqram narkotik vasitə və kultivasiya yolu ilə yetişdirilmiş 67 ədəd narkotik tərkibli bitki aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
Noyabrın 21-də və 22-də polis tərəfindən paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 11 tüfəng, 3 patron darağı və 53 ədəd patron aşkar edilərək götürülüb. Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 45 cinayətin açılması təmin olunub
21.11.2026
Avtomobil almaq arzusu ilə götürdüyü krediti tanışı oğurladı - polis saxladı
Binəqədi rayonu ərazisində talama hadisəsi qeydə alınıb. Zərərçəkən bir müddət əvvəl avtomobil almaq üçün pul toplamaq qərarına gəlib. Bu məqsədlə bankların birindən 4000 manat məbləğində kredit vəsaiti götürərək yaşadığı evə gətirib, amma mənzildə olmadığı vaxt həmin pulun oğurlandığını bildirib.Binəqədi rayonu ərazisində polisin keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər oğurluqla əlaqəli cinayətə görə məhkum olunmuş, zərərçəkənin köhnə tanışı N.Qədirli müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 95 cinayətin açılması təmin olunub
20.11.2026
İtkin düşmüş kimi axtarışı aparılan 4 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Noyabrın 20-də polis tərəfindən keçirilən tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 4 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.