Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
18.09.2025 - Sosial şəbəkə istifadəçisi Arizə Qurbanova
Sosial şəbəkə istifadəçisi Arizə Qurbanova narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər barəsində tədbir görüldüyü üçün Binəqədi Rayon Polis İdarəsinin rəhbərliyinə təşəkkür edir.
18.09.2025 - Sosial şəbəkə istifadəçisi İlqar Rəsulov
Sosial şəbəkə istifadəçisi İlqar Rəsulov müraciətinə operativ baxılmasına və müsbət həllini tapmasında göstərdikləri köməkliyə görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlıq edir.
18.09.2025 - Sosial şəbəkə istifadəçisi Aysel Abbasova
Sosial şəbəkə istifadəçisi Aysel Abbasova itən mobil telefonunu tez bir zamanda taparaq ona təhvil verdikləri üçün Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinin kollektivinə təşəkkürünü bildirir.
17.09.2025 - Quba rayon sakini Fəxrəddin Bədəlov
Quba rayon sakini Fəxrəddin Bədəlov daxili işlər naziri tərəfindən Xaçmaz Rayon Polis Şöbəsində keçirilən vətəndaş qəbulunda göstərilən diqqət və qayğıya, eləcə də müraciətinin müsbət həllinə görə DİN rəhbərliyinə, Quba RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
17.09.2025 - Quba rayon sakini Sahib Tağıyev
Quba rayon sakini Sahib Tağıyev etdiyi müraciətinin obyektiv araşdırılmasına, eləcə də müsbət həll edilməsinə görə Quba RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
17.09.2025 - Xaçmaz rayon sakini Lazım Muradov
Xaçmaz rayon sakini Lazım Muradov Quba rayonuna istirahətə gəldiyi zaman rayonun ucqar hissəsində meşəlik ərazidə köməksiz vəziyyətdə qaldığı zaman ona göstərilən köməkliyə görə Quba RPŞ-nin Qonaqkən PB-nin əməkdaşlarına minnətdarlığını bildirir.
17.09.2025 - Quba rayon sakini Elgün Atayev
Quba rayon sakini Elgün Atayev etdiyi müraciətinin obyektiv araşdırılmasına, eləcə də müsbət həll edilməsinə görə Quba RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
17.09.2025 - Quba rayon sakini Nicat Balazadə
Quba rayon sakini Nicat Balazadə DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, fədakarlıq nümayiş etdirdiklərinə görə Quba RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
17.09.2025 - Quba rayon sakini Sevda Manaşirova
Quba rayon sakini Sevda Manaşirova etdiyi müraciətinin obyektiv araşdırılmasına, eləcə də müsbət həll edilməsinə görə Quba RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.