Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

DİN-in Facebook səhifəsinin izləyicisi olan Bakı şəhər sakini Fərda İbrahimov səhifə vasitəsilə ünvanladığı müraciətinə operativ reaksiya verildiyinə və qısa müddətdə müsbət həll edildiyinə görə minnətdarlığını bildirir.

Ağdam rayon Çəmənli kənd sakini Fədai Əsədov ölkəmizdə koronavirus pandemiyası ilə mübarizədə həyata keçirilən karantin tədbirlərində polis əməkdaşlarının xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, fədakarlıq nümayiş etdirdiklərinə, eləcə də maddi çətinliyi olan ailələrə etdikləri ərzaq yardımlarına görə DİN rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir.

Abşeron rayon Saray qəsəbə sakini Mahir Xəlilov müalicəsi ilə əlaqədar etdiyi müraciətə həssaslıqla yanaşılaraq göstərdikləri köməkliyə görə DİN rəhbərliyinə və Abşeron RPİ-nin şəxsi heyətinə təşəkkürünü ifadə edir.

Gəncə şəhər sakini Nurəddin Hüseynov ölkəmizdə koronavirus infeksiyasının qarşısının alınması məqsədilə ölkə Prezidenti tərəfindən görülən işlərin, atılan addımların gəncəlilər tərəfindən yüksək qiymətləndirildiyini yazır. O, qeyd edir ki, Gəncədə də xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar-epidemioloji normalara şərtsiz əməl edilməsi virusa yoluxmanın qarşısını almağa yönəlib. Dövlətin bütün strukturları, o cümlədən daxili işlər orqanları əməkdaşları vəzifə borclarının öhdəsindən layiqincə gəlir, əhalinin sağlamlığının qorunması naminə öz həyatlarını belə riskə atırlar.

Zəngilan rayon sakini İbrahim Abbasov müəllifi olduğu “İzahlı Məntiq Külliyyatı” kitabı ilə bağlı Daxili İşlər Nazirliyinə etdiyi müraciətdən sonra onunla əlaqə yaradıldığına, DİN Polis Akademiyasının rəisi, polis general-mayoru Nazim Əliyevlə onlayn görüşünün baş tutmasına və gələcəkdə əməkdaşlığın davam etdirilməsi üçün lazımı şəraitin yaradılmasında göstəriləcək köməkliyə görə minnətdarlığını ifadə edir.

Koronavirus infeksiyası səbəbilə ölkəmizdə tətbiq edilən sosial izolyasiya tədbirlərinə qoşulan “Relax” istirahət mərkəzinin direktoru Azər Mirzəyev ötən müddət ərzində otelin mühafizəsinin tətbiq olunan qaydalara uyğun təşkil olunmasında, asayişin etibarlı qorunmasında fəallıq nümayiş etdirdiyinə görə Lənkəran Rayonlararası Mühafizə Şöbəsinin rəhbərliyinə və şəxsi heyətinə təşəkkürünü bildirir.

Zərdab rayon sakini Rauf Rəhimov “Əkinçi” qəzeti ilə milli mətbuatımızın əsasını qoyan Həsən Bəy Zərdabiyə aid 19-cu əsrdən qalma iki ədəd mis kasanın ədibin ev muzeyinə təhvil verilməsində göstərdikləri köməkliyə görə Rayon Polis Şöbəsi əməkdaşlarına təşəkkürünü bildirir.

Qobustan rayon sakini İsmayıl Hüseynov üzləşdiyi problemin həllində göstərdikləri köməkliyə görə Rayon Polis Şöbəsi əməkdaşlarına təşəkkürünü bildirir.

Şəki şəhər Müharibə, Əmək və Silahlı Qüvvələr Birliyi Veteranlar Təşilatının sədr müavini Vaqif Əhmədov, Astara rayon Veteranlar Təşkilatının sədri, istefada olan polis polkovnik-leytenantı Rafiq Əliyev, Bakı şəhər sakini, polis veteranı, yazıçı-publisist Hüseyn Xəzər, Sumqayıt şəhər sakini İndira Şəmsvari, dünyada hökm sürən pandemiya dövründə Azərbaycan Polisinin karantin rejiminə nəzarət etməklə yanaşı, bu ağır günlərdə cinayətkarlıqla da mübarizədə qətiyyət göstərdiyini təqdir edir, həmkarlarımıza çətin və şərəfli xidmətlərində uğurlar arzulayırlar.