Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Astara rayonunun Selekəran kənd sakini Ağahüseyn Yaqubov DİN-ə ünvanladığı minnətdarlıq məktubunda Rayon Polis Şöbəsinin sahə inspektoru Nəcəf Abışova xidməti fəaliyyətinə məsuliyyətlə yanaşdığı üçün təşəkkürünü bildirir.

Astara rayonunun Maşxan kənd sakini Radik Əliyev DİN rəhbərliyinə ünvanladığı minnətdarlıq məktubunda Rayon Polis Şöbəsinin rəhbərliyindən razılığını ifadə edir.

Saatlı rayon sakini Oktay Məmmədov ictimai sabitliyin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə polisin rolunu yüksək dəyərləndirir və Saatlı Rayon Polis Şöbəsinin rəhbərliyinə minnətdarlığını bildirir.

Kürdəmir rayon sakini Ramal Əhmədov DİN-ə ünvanladığı məktubunda ona dəyən ziyanın ödənilməsində göstərdikləri köməyə görə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Qusar rayon sakini Gülbala Mürsəlov DİN-ə ünvanladığı məktubunda Qusar Rayon Polis İdarəsinin rəhbərliyinə minnətdarlığını bildirir.

Cəlilabad rayon sakini, ikinci qrup əlil Xəqani Əliyev üzləşdiyi problemin həllində göstərdiyi köməkliyə görə RPŞ-nin rəhbərliyinə təşəkkürünü bildirir.

Sumqayıt şəhər sakini Tinatin Ağayeva həmkarlarımızı Azərbaycan Polisinin 100 illiyi münasibətilə təbrik edir.

Ağstafa rayon sakini Mahir Yusubov şikayətinin təmin edilməsinə və onunla səmimi münasibətə, xoş ünsiyyətə görə RPŞ-nin rəhbərliyinə minnətdarlığını ifadə edir.

Yardımlı Rayon Veteranlar Şurasının sədri Hüseyn Vəliyev RPŞ rəhbərliyinin Qarabağ döyüşlərinin veteranlarına, şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan, həmçinin narkomaniya ilə mübarizədə bu gün öz effektini verən maarfləndirmə tədbirlərinin mütəmadi olaraq keçirilməsindən razılığını bildirir, bu çətin və məsuliyyətli işdə həmkarlarımıza uğurlar arzulayır.