Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Masallı rayon sakini Orucəli Səfərov şikayəti ilə bağlı Cəlilabad RPŞ tərəfindən tam obyektiv və qəzərsiz aparılan istintaqın gedişindən razılığını ifadə edir.

Cəlilabad rayon sakini Bariz Məhərrəmov etdiyi müracətə çevik reaksiya verdiyinə görə Naftalan RPŞ-nin rəhbərliyinə və şəxsi heyətinə təşəkkürünü bildirir.

Bakı şəhər sakini Elxan Məlikov vəzifə borclarının öhdəsindən layiqincə gələn, ölkəmizdə sabitliyi, əmin-amanlığı qorumaq üçün gecəli-gündüzlü xidmət aparan həmkarlarımıza xidmətlərində uğurlar arzulayır.

Bakı şəhər sakini Gülşən Dadaşova şikayət ərizəsinə vaxtında baxıldığına və üzləşdiyi problemin həllində göstərdiyi köməkliyə görə İsmayıllı Rayon Polis Şöbəsinin rəhbərliyinə minnətdarlığını bildirir.

Bakı şəhər sakini Cəmilə Mehdiyeva övladının xidmət yerinin dəyişdirilməsində göstərdiyi köməkliyə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.

Göyçay şəhər sakini Ceyhun Mütəllimov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda rayon ərazisində ictimasi asayişin qorunmasına, sabitliyin yüksək səviyyədə təmin edilməsinə, cinayətkarlığa qarşı aparılan mübarizəyə görə Göyçay RPŞ-nin əməkdaşlarına öz minnətdarlığını bildirir.

Şəki Rayon Mərkəzi Xəstəxanasının kollektivi adından DİN rəhbərliyinə ünvanlanmış təşəkkür məktubunda Şəki Xan Sarayında baş vermiş hadisə zamanı polis əməkdaşlarının yaralıların daşınmasında, eləcə də digər məsələlərdə səhiyyə işçilərinə göstərdikləri köməkliyə görə ŞRPŞ əməkdaşlarına minnətdarlıq ifadə olunur.

Bir qrup İsmayıllı şəhər sakini DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda rayon ərazisində cinayətkarlığa qarşı aparılan mübarizəyə, sabitliyin yüksək səviyyədə təmin edilməsinə görə İsmayıllı RPŞ-nin əməkdaşlarına öz minnətdarlıqlarını bildirirlər.

Vətəndaş Aydın Abdullayev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda BDYPİ-nin Şəki Regional Qeydiyyat İmtahan və Texniki Baxış Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Natiq Yaqubovun xidməti fəaliyyətindən razılıq edir, müharibə əlillərinə və şəhid ailələrinə göstərdiyi köməkliyə, onlarla xoş ünsiyyət və rəftara görə öz minnətdarlığını bildirir.