Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Abşeron rayon Ceyranbatan qəsəbə sakini Fehruz Əliyev üzləşdiyi problemin həllində göstərdiyi köməkliyə görə Abşeron RPİ-nin rəhbərliyinə minnətdarlığını bildirir.

Şərur rayon sakini Rövşən Bağırov ona dəymiş ziyanın ödətdirilməsində göstərdiyi köməkliyə görə həmkarlarımıza minnətdarlığını ifadə edir.

İkinci qrup əlil və məcburi köçkün Nazim Məmmədov övladının xidmət sahəsinin dəyişdirilməsində göstərdiyi köməkliyə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.

Zərdab rayon sakini Vidadi Novruzov ünvanladığı müraciətlə əlaqədar DİN Şəxsi Heyətlə İş İdarəsinin rəisi, polis polkovniki Rahib Qarayev tərəfindən qəbul edildiyinə və probleminin həllində göstərilən köməkliyə görə minnətdarlığını bildirir.

Bakı şəhər sakini Vüqar Əliyev üzləşdiyi problemin həlli ilə bağlı aparılan operativ araşdırmaya və göstərilən köməkliyə görə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəhbərliyinə minnətdarlığını bildirir.

Füzuli rayon sakini Ramazan Hadıyev övladının daxili işlər orqanları sıralarına qəbul edilməsində göstərdiyi köməkliyə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.

Bakı şəhər sakini İsa Ramazanov etdiyi müracətə operativ yanaşdığına və göstərdiyi köməkliyə görə BŞBPİ İctimai Təhlükəsizlik İdarəsinin baş inspektoru, polis mayoru Rəşad Məmmədova minnətdarlıq edir.

Bakı şəhər sakini Bayram Ağayev ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərdiyi köməkliyə görə Sabunçu RPİ-nin rəhbərliyinə minnətdarlığını ifadə edir.

Özünü təhlükəyə ataraq nəvəsi Əmrah Əliyevin həyatını xilas etdiyinə görə Elyana Əliyeva Yol Patrul Xidmətinin əməkdaşı, polis baş serjantı Elman Təhməzova təşəkkürünü bildirir.