Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Astara rayonunun Kijəbə qəsəbəsinin sakini Şair Hidayətov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizəyə, narkomaniyanın fəsadları mövzusunda keçirilən maarifləndirici görüşlərə görə Astara RPŞ-nin rəisi, polis polkovniki Azər Cahangirovdan razılığını bildirir.

Astara şəhər sakini Mircəfər Babazadə DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda xidməti fəaliyyətini layiqincə yerinə yetirdiyinə görə Astara RPŞ-nin dövlət yol polisi bölməsinin rəisi, polis mayoru İlqar Rəhimzadəyə minnətdarlığını bildirir.

Vətəndaş Ramiz Yarıyev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda rayon ərazisində ictimasi asayişin qorunmasına, sabitliyin yüksək səviyyədə təmin edilməsinə, cinayətkarlığa qarşı aparılan mübarizəyə görə Neftçala RPŞ-nin rəisi, polis polkovniki Vüsal Şəbəndəyevə öz minnətdarlığını bildirir.

Sabirabad rayon sakini Lətafət Səmədova öz təşəkkür məktubunda oğlu Elçin Səmədovun DİO-da xidmətə qəbul olunmasına görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Bakı şəhər sakini Vüqar Sərdarlı müraciətinə tez bir zamanda baxılaraq həllini tapmasında ona göstərdikləri köməyə görə daxili işlər orqanları əməkdaşlarına təşəkkürünü bildirir.

Bakı şəhər sakini Sadiq Əsədov şikayətinə tez bir zamanda baxılaraq həllini tapmasında göstərdikləri köməyə görə daxili işlər orqanları əməkdaşlarına təşəkkürünü bildirir.

Bakı şəhər sakini Əli Bağırzadə avtomobil yollarında sıxlığın aradan qaldırılmasında göstərdikləri köməyə görə polis əməkdaşlarına təşəkkürünü bildirir.

Ukrayna vətəndaşı Alla Korablyova DİN-ə ünvanladığı təşəkkür məktubunda dincəlmək üçün gəldiyi DİN-nin Xəzri İstirahət Mərkəzinin səliqə-sahmanından, onlara yüksək səviyyəli tibbi xidmətdən, əməkdaşlarının mehriban və xoş təftarından, qonaqpərvərliklərindən razılıq edir və minnətdarlığını bildirir.

Sumqayıt şəhər sakini Alxan Paşayev DİN rəhbərliyinə ünvanladığı məktubunda 102 Zəng Mərkəzinə zəng edərək qoyunlarının oğurlanması ilə bağlı etdiyi müraciətə tez və operativ baxılaraq tapılıb qaytarılmasında göstərilən köməkliyə görə Azərbaycan Polisinə təşəkkürünü bildirir.