Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini Rümiyyə Simakina DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda etdiyi şikayət ərizəsinə baxıldığına və ona göstərilən köməkliyə görə Qaradağ Rayon Polis İdarəsinin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir.

İmişli rayon sakini Almaz Abışov öz təşəkkür məktubunda polis veteranı Fərhad Süleymanovun 70 illiyini təntənəli qeyd edilməsinə, fəxri fərmanla təltif olunmasına və veteranlara göstərilən diqqət və qayğıya görə DİN rəhbərliyinə minnətdarlığını ifadə edir.

Mingəçevir şəhər sakini, Qarabağ veteranı Vaqif Hüseynov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda Yevlax rayonunda 7 saylı qeydiyyat-imtahan və texniki baxış şöbəsinin rəisi Elxan Əliyevin xidməti fəaliyyətindən razılıq edir, vətəndaşlara göstərdiyi diqqət və qayğıya görə minnətdarlığını bildirir.

Bir qrup Şəki şəhər sakini DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda Şəki ŞRPŞ-nin Dövlət Yol Polisi bölməsinin rəisi Şəhmir Uluxanovun və digər əməkdaşların xidməti fəaliyyətindən razılıq edirlər, eləcə də yerli sakinlərə, rayona üz tutan turistlərə göstərdikləri köməkliyə görə, öz minnətdarlıqlarını bildirirlər.

Şirvan şəhər sakini Xeyrulla Babayev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda müraciətinə operativ reaksiya verildiyinə və tez bir zamanda həllini tapdığı üçün Şirvan ŞPŞ-nin rəisi, polis polkovniki Hikmət Quliyevə öz minnətdarlığını bildirir.

Kürdəmir rayonu Xəlsə kənd sakini Əliyar Həziyev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda yaşadığı kənddə xidməti vəzifəsini layiqincə yerinə yetirdiyinə görə Kürdəmir RPŞ-nin sahə müvəkkili, polis mayoru Əliyar Həziyevə minnətdarlığını bildirir.

Sabirabad rayon sakini Rza Rzayev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda rayon ərazisində ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasına görə RPŞ-nin rəisi, polis polkovniki Namiq Camalovdan razılığını bildirir və minnətdarlığını ifadə edir.

Ağsu rayon sakini Əflakə Məmmədova və Vidadi Piriyev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda rayon ərazisində cinayətkarlığa və hüquq pozmalarına qarşı görülən tədbirlərə görə, eləcə də ictimai sabitliyin və istimai asayişin təmin olunmasında göstərilən xidmətlərə görə Rayon Polis Şöbəsinin rəisi Fəxrəddin Abbasova və bütün polis əməkdaşlarına öz minnətdarlığını bildirir.

Şəmkir rayon sakini Ayşən Hacıyeva üzləşdiyi problemin DİN rəhbərliyi tərəfindən nəzarətə götürüldüyünə və qısa zaman kəsiyində həllini tapdığına görə minnətdarlığını ifadə edir.