Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Şəki Bələdiyyəsindən DİN rəhbərliyinə ünvanlanmış təşəkkür məktubunda rayon ərazisində asayişin və sabitliyin qorunmasına, yollarda hərəkətin təhlükəsizliyinin yüksək səviyyədə təmin edilməsinə görə, Şəki ŞRPŞ-nin, xüsusilə Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarına minnətdarlıqlarını bildirirlər.

Vətəndaş Ü.A. DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda onu insan alverinə cəlb edən şəxsin ifşa olunduğuna və məsuliyyətə cəlb edildiyinə görə, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarına öz minnətdarlığını bildirir.

Göygöl rayonunun Zurnabad kəndinin sakini Vəfa Həsənova DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda ona məxsus itmiş 3 rəst atının tapılmasında göstərdiyi köməkliyə görə Göygöl RPŞ-nin rəhbərliyinə və əməkdaşlarına öz minnətdarlığını bildirir.

İmişli rayon sakini Almaz Abışov öz təşəkkür məktubunda polis veteranı Fərhad Süleymanovun 70 illiyini təntənəli qeyd edilməsinə, fəxri fərmanla təltif olunmasına və veteranlara göstərilən diqqət və qayğıya görə DİN rəhbərliyinə minnətdarlığını ifadə edir.

Mingəçevir şəhər sakini, Qarabağ veteranı Vaqif Hüseynov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda Yevlax rayonunda 7 saylı qeydiyyat-imtahan və texniki baxış şöbəsinin rəisi Elxan Əliyevin xidməti fəaliyyətindən razılıq edir, vətəndaşlara göstərdiyi diqqət və qayğıya görə minnətdarlığını bildirir.

Göygöl rayon Kosalar kənd sakini Arif Məmmədov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda iyulun 20-də Binəqədi rayon ərazisində iki nəfər şəxsin ona maşın satmaq adı ilə 100 manat pulunu mənimsədiyinə görə Binəqədi rayon Polis İdarəsinə müraciət etdiyini bildirir. Müraciətinin tez bir zamanda araşdırılaraq ona dəymiş ziyanın ödənilməsinə görə Binəqədi RPİ-nin rəisi polis polkovniki Musa Musayevə və idarənin digər əməkdaşlarına minnətdarlığını bildirir.

Cəlilabad şəhər sakini Gülnaz Quliyeva DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda etdiyi müraciətin obyektiv araşdırılmasına və ona dəyən maddi ziyanın tam şəkildə ödənilməsinə görə Cəlilabad RPŞ-nin istintaq bölməsinin əməkdaşlarından razılığını bildirir.

Astara rayonunun Hamuşam kənd sakini Xanəhməd Əşrəfov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda ahıl yaşlı atasına qarşı cibgirlik edərək pulunu oğurlayan şəxsin Astara RPŞ-nin əməkdaşları tərəfindən müəyyən edilərək tapılmasına və dəyən maddi ziyanın tam şəkildə ödənilməsinə görə minnətdarlığını ifadə edir.

Astara rayonunun Maşxan kənd sakini Ramiz Fəttayev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda xidməti fəaliyyətini layiqincə yerinə yetirdiyinə görə Astara RPŞ-nin rəisi, polis polkovniki Azər Cahangirova və RPŞ-nin qeydiyyat və şəxsiyyət vəsiqəsi bölməsinin rəisi, polis polkovnik-leytenantı İlkin İsmayılova minnətdarlığını bildirir.