Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini Gülağa Əhmədov Suraxanı RPİ-nin əməkdaşı, Hövsan qəsəbəsində xidmət aparan sahə rəisi, polis mayoru Bəxtiyar Məmmədovun vətəndaşlarla xoş ünsiyyətindən, səmimiyyətindən razılığını ifadə edir.

Bakı şəhər sakini Roza Bayramova etdiyi müraciətə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübartizə İdarəsində baxıldığına, aparılan araşdırmalardan sonra hər şeyin qanun çərçivəsində öz həllini tapdığına görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.

Ağsu rayon sakini Oktay Məmmədov və Bakı şəhər sakini Emin Aslanov Azərbaycan Polisinə minnətdarlıq edirlər.

Sumqayıt şəhər sakini, istefada olan polis mayoru Nəcəf Cəfərli DİN Tibb İdarəsinin general-leytenant Arif Heydərov adına Respublika Hospitalında yaradılmış yüksək şəraitdən, həkimlərin fədakarlığından məmnun qaldığını vurğulayır, ona və digər pasiyentlərə göstərilən diqqət və qayğıya görə ölkə və DİN rəhbərliyinə təşəkkürünü bildirir.

Gəncə şəhər sakini Vüqar Zeynalov DİN-ə ünvanladığı məktubunda Azərbaycan Polisinə təşəkkürünü bildirir.

Bakı şəhər sakini Ələkbər Abdullayev şikayət ərizəsinə tez bir zamanda baxılaraq, həllini tapmasında göstərdikləri köməyə görə Bakı şəhər Baş Polis İdarəsinin rəhbərliyinə minnətdarlığını bildirir.

Bakı şəhər sakini Gülzarə Məmmədova ona qarşı soyğunçuluq törətmiş şəxsin tapılmasında göstərdikləri köməyə görə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Abşeron rayon sakini Mələk Məhərrəmova DİN-ə ünvanladığı məktubunda ona qarşı törədilən cinayət işinin açılmasında göstərdikləri köməyə görə Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Goranboy rayon sakini Muraz İsmayılov övladının işinə qaytarılmasında ona göstərilən köməyə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.