Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
14.10.2019 - Vətəndaş Cavid Xıdırov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda rayon...
Vətəndaş Cavid Xıdırov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda rayon ərazisində ictimasi asayişin qorunmasına, sabitliyin yüksək səviyyədə təmin edilməsinə, cinayətkarlığa qarşı aparılan mübarizəyə görə Hacıqabul RPŞ-nin rəisi Məmməd Hüseynova, rəis müavini Rüfət Quliyevə və Təhqiqat bölməsinin rəisi Samir Həsənova öz minnətdarlığını bildirir.
14.10.2019 - Masallı rayonunun Qəriblər kənd sakini İmamyar Allahyarov öz təşəkkür...
Masallı rayonunun Qəriblər kənd sakini İmamyar Allahyarov öz təşəkkür məktubunda xidməti vəzifəsini layiqincə yerinə yetirdiyinə görə Rayon Polis Şöbəsinin rəhbərliyinə minnətdarlığını ifadə edir.
14.10.2019 - Cəlilabad rayonunun Qarazəncir kənd sakini Nailə Soltanova DİN rəhbərliyinə...
Cəlilabad rayonunun Qarazəncir kənd sakini Nailə Soltanova DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda Salyan rayonu ərazisində üzləşdikləri yol qəzasının istintaqının obyektiv şəkildə aparılmasına görə minnətdarlığını bildirir.
14.10.2019 - Astara rayonunun Maşxan kənd sakini Xatirə Fətəliyeva evində baş vermiş...
Astara rayonunun Maşxan kənd sakini Xatirə Fətəliyeva evində baş vermiş oğurluq faktının isti izlərlə araşdırılmasına və həmin əməli törətmiş şəxsin müəyyən edilərək saxlanılmasına görə Astara RPŞ-nin əməkdaşlarına minnətdarlığını ifadə edir.
12.10.2019 - Beyləqan rayon sakini Samir Əhmədov məktubunda ona dəymiş ziyanın...
Beyləqan rayon sakini Samir Əhmədov məktubunda ona dəymiş ziyanın ödənilməsində göstərilən köməyə görə Binəqədi RPİ-nin əməkdaşlarına və rəhbərliyinə minnətdarlığına minnətdarlığını ifadə edir.
12.10.2019 - Tərtər rayon sakini Gəray İsmayılov ona veteranlıq vəsiqəsinin verilməsinə...
Tərtər rayon sakini Gəray İsmayılov ona veteranlıq vəsiqəsinin verilməsinə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.
12.10.2019 - Beyləqan rayon sakini Baxış Abdullayev vətəndaşlara göstərilən səmimi diqqət...
Beyləqan rayon sakini Baxış Abdullayev vətəndaşlara göstərilən səmimi diqqət və qayğıya görə Beyləqan RPŞ-nin rəhbərliyinə və əməkdaşlarına öz minnətdarlığını bildirir.
11.10.2019 - Pirallahı rayonu 186 saylı tam orta məktəbin direktoru Şakir Mikayılov tədris...
Pirallahı rayonu 186 saylı tam orta məktəbin direktoru Şakir Mikayılov tədris müəssisələrində daxili işlər orqanları əməkdaşları və polis veteranlarının iştirakı ilə keçirilən maarifləndirmə tədbirlərini təqdir edir, yeniyetmə və gənclərə göstərilən xüsusi diqqət və qayğıya görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.
11.10.2019 - Bakı şəhər sakini Sevda Əliyeva DİN-ə təşəkkür məktubu ünvanlayıb. O, cari il...
Bakı şəhər sakini Sevda Əliyeva DİN-ə təşəkkür məktubu ünvanlayıb. O, cari il sentyabrın 17-də Xəzər rayonu ərazisində həyat yoldaşı ilə birlikdə avtomobil qəzasına düşdüklərini bildirir. S.Əliyeva həmin vaxt ərazidə xidmət aparan 90YP240 dövlət qeydiyyat nişanlı YPX avtomobilində hadisə yerinə gələn polis əməkdaşının onlara ilkin tibbi yardım göstərdiyini və təcili yardım çağırdığını qeyd edir.
Müəllif polis əməkdaşlarının belə humanistliyinə, vətəndaşlara göstərdikləri diqqət və qayğıya görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.