Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Paytaxtın Nardaran qəsəbə sakini Dilarə Cəbrayılova Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda ölkəmizdə elan edilmiş xüsusi karantin rejimi qaydalarının təmin olunması istiqamətində polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirləri yüksək qiymətləndirir. D.Cəbrayılova polis əməkdaşları tərəfindən Nardaran qəsəbəsində maddi dəstəyə ehtiyacı olan, yaşı 65-dən yuxarı, tənha, aztəminatlı və çoxuşaqlı ümumilikdə 200 ailəyə baş çəkərək ərzaq yardımları edildiyini qeyd edərək, bu müqəddəs Ramazan ayında göstərdikləri diqqət və qayğıya görə ölkə və DİN rəhbərliyinə minnətdarlığını bildirir, öz xidməti borcunu ləyaqətlə yerinə yetirən, gecə-gündüz xidmət aparan bütün polis əməkdaşlarına çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.

Bakı şəhər sakini İlham Rəcəbov daxili işlər orqanlarında xidmətə qəbul zamanı yaradılan şəffaflığa görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.

Bakı şəhər sakini, şəhid anası Rəfiqə Salmanova etdiyi müraciətə həssaslıqla yanaşılaraq nəvəsinin daxili işlər orqanlarında xidmətə qəbulla əlaqədar sıra baxışında iştirakına icazə verilməsinə göstərdikləri köməkliyə görə DİN rəhbərliyinə və şəxsi heyətinə minnətdarlığını bildirir.

Mingəçevir şəhər sakini Murad Musayev ölkəmizdə koronavirus pandemiyası ilə mübarizədə həyata keçirilən karantin tədbirlərində polis əməkdaşlarının xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, eləcə də fədakarlıq nümayiş etdirdiklərinə görə DİN rəhbərliyinə və Mingəçevir ŞPŞ-nin şəxsi heyətinə təşəkkürünü ifadə edir.

Ağdam rayon sakini Elçin Vəliyev rayonda sabitliyin, ictimai qaydanın və təhlükəsizliyin təmin olunmasında vəzifə borclarının öhdəsindən layiqincə gəldiklərinə görə DİN rəhbərliyinə və Ağdam RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Bakı şəhər sakini Mirismayıl Musayev üzləşdiyi problemlə əlaqədar etdiyi müraciətə çevik reaksiya verilərək qısa zaman kəsiyində həll olunmasında, eləcə də ona dəymiş ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə DİN rəhbərliyinə və Yasamal RPİ-nin əməkdaşlarına təşəkkürünü ifadə edir.

Bakı şəhər sakini Elxan İsmayılov üzləşdiyi problemlə əlaqədar etdiyi müraciətə çevik reaksiya verilərək qısa zaman kəsiyində həll olunmasında, eləcə də ona dəymiş ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə DİN rəhbərliyinə və Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinin şəxsi heyətinə minnətdarlığını bildirir.

İmişli rayon sakini, təqaüddə olan polis mayoru Qoci Bayramov müalicə alarkən ona göstərilən diqqət və qayğıya, həmçinin yaradılmış hərtərəfli şəraitə görə DİN rəhbərliyinə və DİN-in Arif Heydərov adına Respublika Hospitalının kollektivinə təşəkkürünü ifadə edir.

Bakı şəhər sakini Məhəmməd Əlizadə DİN-ə ünvanladığı təşəkkür məktubunda ölkəmizdə koronavirus pandemiyası ilə mübarizədə həyata keçirilən karantin tədbirlərində polis əməkdaşlarının xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərini, habelə fədakarlıq nümayiş etdirdiklərini yazır.