Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini Elçin Hacıyev DİN-ə ünvanladığı məktubunda şikayətinə tez bir zamanda baxılaraq probleminin həllini tapmasında ona göstərdikləri köməyə görə Baş Dövlət Yol Polisi əməkdaşlarına minnətdarlığını bildirir.

Bakı şəhər sakinləri Yalçın Qocayev və Rövşən Abbasov DİN-ə ünvanladıqları məktublarında Azərbaycan Polisinə təşəkkürlərini bildirir və gələcək fəaliyyətlərində uğurlar diləyirlər.

Bakı şəhər sakini Yaşar İbrahimov evlərində baş vermiş oğurluq hadisəsinin üstünün isti izlərlə açılmasında ona göstərdikləri köməyə görə Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Bakı şəhər sakini Naibə Xasıyevə atası, polis veteranı Cabir Xasıyevin səhhətində yaranan problemin aradan qaldırılması üçün, sözün əsl manasında, fədakarlıq göstərən və onu sağlamlığına qovuşduran DİN-in Arif Heydərov adına Respublika Hospitalının kollektivinə təşəkkürünü bildirir.

Lənkəran şəhər sakini Ramid Cəfərov DİN rəhbərliyinə ünvanladığı məktubda Əlahiddə Çevik Polis Alayının əməkdaşlarının öz vəzifə borclarının öhdəsindən layiqincə gəldiyini minnətdarlıq hissi ilə qeyd edir.

Bakı şəhər sakini Elmar Həşimov polis əməkdaşlarının narkomaniya ilə qətiyyəli mübarizəsini təqdirəlayiq hesab edir və bu bəladan gəncliyimizi, gələcəyimizi qorumaq üçün mütəmadi olaraq məktəblərdə, əmək kollektivlərində keçirilən maarifləndirmə tədbirlərindən razılığını bildirir.

Bakı şəhərində müvəqqəti məskunlaşan Cəbrayıl rayon sakini, polis veteranı Şamil Əhmədov DİN-in Hospitalında müalicə alarkən ona göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirir.

Bakı şəhər sakini Fərman Mirzəyev probleminin həllində göstərdiyi köməkliyə görə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəhbərliyinə minnətdarlığını bildirir.

Xocalı rayon sakini Vaqif Behbudov ona və şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə DİN-in Polis Akademiyasının rəisi, polis general-mayoru Nazim Əliyevə minnətdarlığını ifadə edir.