Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

DİN-in “İnstagram” səhifəsinin izləyicisi Lalə Əliyeva sosial şəbəkədə üzləşdiyi dələduzluq faktı ilə bağlı səhifə vasitəsilə etdiyi müraciətə operativ baxıldığı və dəymiş maddi ziyanın ödənildiyi üçün DİN rəhbərliyinə və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Bakı şəhər sakini Vəliyəddin Quliyev DİN-ə ünvanladığı təşəkkür məktubunda Nazirliyin “Facebook” səhifəsinə narkotiklərin qanunsuz dövriyyəsi faktı ilə əlaqədar yazdığı şərhin nəzarətə götürülərək araşdırıldığına və həmin şəxslərin qısa müddətdə saxlanıldığına görə Dİn rəhbərliyinə və Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Bakı şəhər sakini Emin Məmmədov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda ölkəmizdə koronavirus pandemiyası ilə mübarizədə həyata keçirilən karantin tədbirlərində fədakarlıq nümayiş etdirdiklərinə polis əməkdaşlarına minnətdarlığını bildirir.

Bakı şəhər sakini Cavid Əsgərov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda etdiyi müraciətə baxılmasına və ona göstərilən köməkliyə görə minnətdarlıq edir.

Şəki rayon sakini Xəyal İbrahimov müraciətinə operativ baxıldığına və müsbət həll edildiyinə görə DİN rəhbərliyinə və BPQMİ-yə bilavasitə tabe olan Şəki "ASAN xidmət" mərkəzi üzrə regional qrupun əməkdaşlarına minnətdarlığını bildirir.

Lənkəran rayonunun bir qrup sakini ictimai asayişin və təhlükəsizliyin qorunub saxlanılmasında, habelə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı aparılan qətiyyətli mübarizəyə görə DİN rəhbərliyinə və Lənkəran ŞRPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Bakı şəhər sakini Nülufər Cəfərova üzləşdiyi problemlə əlaqədar etdiyi müraciətə həssaslıqla yanaşılaraq qısa zaman kəsiyində həll olunmasında göstərdikləri köməkliyə görə DİN rəhbərliyinə və Xəzər RPİ 2-ci Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü ifadə edir.

Bakı şəhər sakini Ağakərim Şamidzadə Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda mənzilində baş vermiş oğurluq hadisəsi ilə bağlı Sabunçu Rayon Polis İdarəsinə müraciət etdiyini bildirir. O, polis əməkdaşları tərəfindən keçirilən operativ tədbirlərlə qısa müddətdə bu cinayətin üstünün açıldığını və ona dəymiş maddi ziyanın tam ödətdirildiyini qeyd edir.

A.Şamidzadə müraciətinə dərhal reaksiya verildiyinə və həyata keçirilən operativ tədbirlərə görə Sabunçu RPİ-nin əməkdaşlarına təşəkkürünü bildirir.

Cəlilabad rayon sakini Sadiq Yarıyev xidməti və vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, asayişin təmin olunmasında, cinayətkarlıqla mübarizədə fəal iştrakına görə DİN rəhbərliyinə və Cəlilabad RPŞ-nin əməkdaşlarına ünvanladığı təşəkkür məktubunda razılıq və təşəkkürünü ifadə edir.