Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
24.04.2020 - Bakı şəhər sakini Şükran Məmmədov bu çətin günlərdə vətəndaşlarımızın...
Bakı şəhər sakini Şükran Məmmədov bu çətin günlərdə vətəndaşlarımızın qayğısına qaldıqlarına görə polis əməkdaşlarına təşəkkür edir.
24.04.2020 - 39 saylı Poçt Şöbəsinin müdiri Fariz Zamanov vətəndaşlara ayrılan sosial...
39 saylı Poçt Şöbəsinin müdiri Fariz Zamanov vətəndaşlara ayrılan sosial yardımların ödənişində poçt şöbəsində göstərdikləri köməyə görə kollektivlərinin adından Əlahiddə Çevik Polis Alayının rəhbərliyinə və əməkdaşlarına minnətdarlıq edir.
24.04.2020 - Bakı şəhər sakini Təvəkkül Mərdanov təşəkkür məktubunda DİO-da gənc...
Bakı şəhər sakini Təvəkkül Mərdanov təşəkkür məktubunda DİO-da gənc əməkdaşlara göstərilən diqqət və qayğıya görə DİN rəhbərliyinə minnətdarlıq edir.
24.04.2020 - DİN-in İnstagram səhifəsinin izləyicisi olan qadın səhifə vasitəsilə etdiyi...
DİN-in İnstagram səhifəsinin izləyicisi olan qadın səhifə vasitəsilə etdiyi müraciətin müsbət həllini tapdığına və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı aparılan qətiyyətli mübarizə tədbirlərinə görə DİN rəhbərliyinə və şəxsi heyətinə minnətdarlığını ifadə edir.
24.04.2020 - Bakı şəhər sakini Yeganə Eyyubova üzləşdiyi problemlə əlaqədar etdiyi...
Bakı şəhər sakini Yeganə Eyyubova üzləşdiyi problemlə əlaqədar etdiyi müraciətə həssaslıqla yanaşılaraq tez bir zamanda həll olunmasında göstərdikləri köməkliyə görə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
24.04.2020 - Xırdalan şəhər sakini Etibar Məmmədov Daxili İşlər Nazirliyinə ünvanladığı...
Xırdalan şəhər sakini Etibar Məmmədov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda daxili işlər orqanlarında gənc əməkdaşlara göstərilən diqqət və qayğının, etimadın təqdirəlayiq olduğunu qeyd edərək DİN rəhbərliyinə minnətdarlığını bildirir.
24.04.2020 - Astara şəhər sakini Etimad Ağayev DİN rəhbərliyinə ünvanladığı təşəkkür...
Astara şəhər sakini Etimad Ağayev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə Astara Rayon Polis Şöbəsinin rəhbərliyinə və RPŞ-nin dövlət yol polisi bölməsinin rəisi, polis mayoru İlqar Rəhimzadəyə minnətdarlığını ifadə edir.
24.04.2020 - Yardımlı rayonunun Ostayır kənd sakini Naibxan İmanov DİN rəhbərliyinə...
Yardımlı rayonunun Ostayır kənd sakini Naibxan İmanov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda koronavirus pandemiyasının qaşısının alınması məqsədilə ölkə ərazisində elan edilmiş xüsusi karantin rejiminin tələblərinin təmin olunması məqsədilə görülən tədbirlərə, əhali arasında aparılan maarifləndirmə işlərinə görə Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını ifadə edir.
24.04.2020 - Astara şəhər sakini Asif Hacıyev DİN rəhbərliyinə ünvanladığı təşəkkür...
Astara şəhər sakini Asif Hacıyev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə və vətəndaşlara qarşı sərgilədikləri yüksək mədəni davranışa görə Astara RPŞ-nin dövlət yol polisi bölməsinin əməkdaşlarından razılığını bildirir.