Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini Dilbər Cavadova üzləşdiyi problemlə əlaqədar etdiyi müraciətə həssaslıqla yanaşılaraq qısa zaman kəsiyində həll olunmasında göstərdikləri köməkliyə görə DİN rəhbərliyinə və Xətai RPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Astara rayonunun Maşxan kənd sakini Şaiq Qəhrəmanov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda vətəndaşlara qarşı sərgilənən yüksək mədəni davranışa, müraciətlərə verilən çevik reaksiyaya görə minnətdarlığını bildirir.

Masallı rayon sakini Spartak Nadirov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda COVID-19 infeksiyası ilə mübarizə çərçivəsində aparılan xidmətə, görülən maarifləndirici tədbirlərə görə Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarından razılığını ifadə edir.

Astara rayon sakini Fəxrəddin Şeyxov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda COVID-19 infeksiyası ilə mübarizə çərçivəsində ictimai nəqliyyat sahəsində görülən nəzarət-profilaktiki tədbirlərə görə Astara RPŞ-nin dövlət yol polisi bölməsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Vətəndaş Rüstəm Hüseynov DİN-ə ünvanladığı müraciətə operativ reaksiya verilərək müsbət həll olunduğu üçün DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Tovuz rayon sakini Tural Əsgərov DİN-in rəsmi “Facebook” səhifəsinə yazdığı mesajda rayonda ictimai qaydanın və təhlükəsizliyin təmin olunmasında, hüquqazidd əməllərin qarşısının alınmasında, o cümlədən koronavirus pandemiyası ilə mübarizədə həyata keçirilən karantin tədbirlərində polis əməkdaşlarının xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, fədakarlıq nümayiş etdirdiklərinə görə DİN rəhbərliyinə və RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Bakı şəhər sakini Məftun Əhmədov avtomobili ilə hərəkətdə olarkən yolda çarəsiz vəziyyətə düşdüyünü, yol patrul xidməti əməkdaşlarının sayəsində çətin durumdan çıxdığını bildirərək ona göstərilən köməkliyə görə DİN rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir.

Bakı şəhər sakini Xozina Firdaniya DİN-ə ünvanladığı müraciətə operativ şəkildə reaksiya verilərək müsbət həll olunduğu üçün DİN rəhbərliyinə və Binəqədi RPİ-nin 6-cı PB-nin şəxsi heyətinə minnətdarlığını bildirir.

Bakı şəhər sakini Vüsalə Hüseynova avtomobili ilə hərəkətdə olarkən yolda çarəsiz vəziyyətə düşdüyünü, yol patrul xidməti əməkdaşlarının sayəsində çətin durumdan çıxdığını bildirərək ona göstərilən köməkliyə görə DİN rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir.