Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini Feyruz Ağalarov DİN-ə ünvanlandığı məktubunda 2019-cu ilin iyun ayında üzləşdiyi dələduzluq faktlı ilə bağlı Yasamal Rayon Polis İdarəsinə müraciət etdiyini bildirir. O, Yasamal RPİ-də müraciətinə qısa müddətdə baxıldığını, müstəntiq Mehrab Məmmədov tərəfindən ədalətli araşdırılaraq dəymiş maddi ziyanın tam ödətdirildiyini qeyd edir. F.Ağalarov polis əməkdaşlarının vətəndaşların müraciətlərinə həssaslıqla yanaşdıqlarına, xoş rəftara, göstərilən diqqətə və operativliyə görə DİN rəhbərliyinə, Yasamal RPİ-nin şəxsi heyətinə və həmçinin müstəntiq Mehrab Məmmədova təşəkkürünü bildirir.

Bakı şəhər sakini Şakir Mikayılov DIN-ə ünvanladığı təşəkkür məktubunda səmimi qəbula, probleminin tez bir zamanda həll olunmasında göstərilən köməkliyə və ona dəymiş maddi ziyanın tam ödətdirilməsinə görə minnətdarlığını bildirir.

Şəki rayonunun Aşağı Layısqı kənd sakini Nazlı Musayeva Daxili İşlər Nazirliyinə təşəkkür məktubu ünvanlayıb. O, bu yaxınlarda səhhəti ilə bağlı DİN-ə müraciət etdiyini qeyd edir. Müəllif polisin fəaliyyətinə aid olmasa da, müraciətinin aidiyyəti üzrə digər dövlət orqanına göndərildiyini və köməklik göstərilərək qısa müddətdə öz həllini tapdığını qeyd edir. N.Musayeva vətəndaşların müraciətlərinə belə həssaslıqla yanaşılmasına, göstərilən diqqət və qayğıya görə DİN rəhbərliyinə təşəkkürünü bildirir, çətin və şərəfli işlərində uğurlar arzulayır.

Paytaxtın Suraxanı rayon sakini Çiçək Məmmədli DİN-ə ünvanladığı məktubunda oğlunun itkin düşməsi ilə bağlı Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinə müraciət etdiyini bildirir. O, polis əməkdaşlarının operativliyi sayəsində övladının qısa müddətdə tapılaraq təhvil verildiyini qeyd edir. Ç.Məmmədli vətəndaşların müraciətlərinə belə həssaslıqla yanaşılmasına və operativliyə görə Nəsimi RPİ 21 Polis Bölməsinin şəxsi heyətinə, xüsusən təhqiqatçı, polis baş leytenantı Müsəllim Müsəllimova minnətdarlığını ifadə edir.

Bakı şəhər Nərimanov rayon sakini Söhbət Kəlbəliyev DİN-ə ünvanladığı təşəkkür məktubunda etdiyi müraciətə tez bir zamanda baxılaraq müsbət nəticələndiyinə görə minnətdarlığını ifadə edir.

Abşeron rayon sakini Emil Əlibəyov DİN-ə ünvanladığı minnətdarlıq məktubunda üzləşdiyi problemin operativ şəkildə həll olunmasında göstərdiyi köməkliyə görə təşəkkürünü bildirir.

Neftçala rayon sakini, rayon ağsaqqallar şurasının üzvü Qurbanxan Pirəliyev DİN-ə ünvanladığı təşəkkür məktubunda polis andına sədaqətlə xidmət etdiklərinə, polisin şərəf və ləyaqətini uca tutduqlarına, vəzifə borclarının öhdəsindən layiqincə gəldiklərinə görə Rayon Polis Şöbəsinin şəxsi heyətinə minnətdarlıq edir.

Abşeron rayon Mehdiabad qəsəbə sakini Seyfəddin Hüseynov DİN-ə ünvanladığı məktubunda daxili işlər orqanlarında gənc əməkdaşlara göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirir.

Bakı şəhər sakini Kənan Taciroğlu DIN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda şikayətinə tez bir zamanda baxılaraq probleminin həllini tapmasında göstərdikləri köməyə görə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.