Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Masallı rayonu Xırmandalı kənd sakini Rəhman Eminbəyli DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda Azərbaycan Polisinin fəaliyyətindən razılğını ifadə edir və bütün fədakar polis əməkdaşlarına minnətdarlığını bildirir.

Masallı rayonunun Kolatan kənd sakini Elnur Cəfərov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, fədakarlıq nümayiş etdirdiklərinə görə polis əməkdaşlarına minnətdarlığını ifadə edir.

Masallı Rayon İcra Hakimiyyəti başçısının Ərkivan qəsəbə inzibati dairəsi üzrə nümayəndəsi Sabiq Cahangirov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda koronavirus pandemiyası ilə mübarizədə həyata keçirilən karantin tədbirlərində xidməti vəzifə vəzifələrini layiqincə yerinə yetirdiklərinə, fədakarlıq nümayiş etdirdiklərinə, eləcə də maddi çətinliyi olan ailələrə edilən ərzaq yardımlarına görə DİN rəhbərliyinə və bütün polis əməkdaşlarına minnətdarlığını bildirir.

Masallı rayonunun Mahmudavar kənd sakini Səfail Eyvazov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda nümunəvi fəaliyyətinə görə Azərbaycan Polisinə minnətdarlığnı bildirir.

Masallı rayonunun Qızılavar kənd sakini Umud Qənbərov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda koronavirus pandemiyasının qarşısının alınmasında göstərdikləri fədakar əməyə və nümunəvi xidmətə görə bütün polis əməkdaşlarına minnətdarlığını bildirir.

Masallı rayonunun Şərəfə kənd sakini Valeh Seyfullayev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda nümunəvi xidmətə və vətəndaşlara göstərilən diqqətə görə DİN rəhbərliyinə və bütün polis əməkdaşlarına minnətdarlığını ifadə edir.

Astara rayonunun Məçitməhəllə kənd sakini Nail Fərziyev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda rayon ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinə, piyada və nəqiyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətinin təşkil olunmasına görə Astara RPŞ-nin dövlət yol polisi bölməsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Biləsuvar rayonunun Amankənd kəndinin sakini Kamil Hüseynov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda etdiyi müraciətin müsbət həllini tapmasına görə Biləsuvar RPŞ-nin təhqiqat bölməsinin əməkdaşlarından razılığını ifadə edir.

Balakən rayonunun Püstətala kənd sakini İsgəndər Əhmədov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda pandemiyanın qarşısının alınması və insanların sağlamlığının qorunması üçün fədakarlıq göstərən, həyatlarını belə risqə ataraq gecə-gündüz xidmət aparan, öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirən bütün polis əməkdaşlarına və Daxili Qoşunların hərbi qulluqçularına təşəkkürünü bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.