Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Samux rayon sakini Mikayıl Hüseynov üzləşdiyi problemlə əlaqədar etdiyi müraciətə həssaslıqla yanaşılaraq qısa zaman kəsiyində həll olunmasında göstərilən köməkliyə görə DİN rəhbərliyinə təşəkkürünü ifadə edir.

Şəmkir rayon sakini, Azərbaycan Vətən Müharibəsi Veteranlarının Şəmkir İctimai Birliyinin sədri Tahir Vəliyev ölkəmizdə koronovirus pandemiyası ilə aparılan mübarizədə fəal və fasiləsiz işlərinə, həyata keçirilən təhlükəsizlik tədbirlərinə, eləcə də xidmətləri zamanı vətəndaşlara göstərilən qayğıya, köməkliyə görə DİN rəhbərliyinə və Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Bakı şəhər sakini Könül Bağırova DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda müraciətinə tez bir zamanda baxılaraq ona dəyən ziyanın ödənilməsində göstərdikləri köməyə görə Nərimanov RPİ 18-ci Polis Bölməsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Bakı şəhər sakini Zöhrə Ağakişiyeva dənizkənarı bulvarda itirdiyi içərisində sənədləri olan pul çantasınının tez bir zamanda tapılaraq ona təhvil verilməsində göstərdikləri köməyə görə Binəqədi RPİ və Səbail RPİ 8-ci Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir. O, Azərbaycan Polisinin xidməti fəaliyyətini yüksək dəyərləndirir və uğurlar diləyir.

Ağdam rayon sakini Azər Məmmədov bir nəfər tərəfindən aldadılaraq pulunun ələ keçirilməsi ilə əlaqədar müraciətinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən obyektiv həlli və ona dəyən maddi ziyanın tam ödənilməsi ilə bağlı DİN rəhbərliyinə təşəkkürünü bildirir.

İnstagram izləyicimiz Fəqan Rüstəmovun səhifəmizə yazdığı mesaj: “İyunun 17-də gecə saat 02 radələrində Oğuz rayonu ərazisində Bakı istiqamətində şəxsi avtomobilimlə hərəkətdə olarkən qarşıma çıxan heyvanı vurmamaq üçün idarəetməni itirdim və kiçik qəza keçirdim. Nəticədə maşınımın ön hissəsi zədələndi və yolda qaldıq. Bu zaman ərazidə xidmət aparan PPX əməkdaşları bizə yaxından dəstək oldular. 5 saat bizimlə qaldılar, avtomobilimi tam təmir olunmasını təmin etdilər və məni Bakıya yola saldılar. Mən ailə üzvlərimlə birlikdə köməksiz vəziyyətdə qalmışdım. Polislərin sayəsində biz artıq Bakıda evimizdəyik. Çox sağ olun qardaşlar. Həqiqətən böyük əziyyət çəkdiniz.”

Feysbuk izləyicimiz Şaiq Poluyev səhifəyə yazdığı mesajda Saatlı rayonu ərazisində bank qarşısında növbə gözləyən vətəndaşlara xidmət göstərən Rayon Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

İnstagram səhifəmizin izləyicisi, əcnəbi vətəndaş Mahbube Sarani üzləşdiyi dələduzluq hadisəsilə əlaqədar etdiyi müraciətə operativ baxıldığına və ona dəyən ziyanın tam ödətdirildiyinə görə DİN rəhbərliyinə və Bakı Şəhər Baş Polis İdarəsinin şəxsi heyətinə minnətdarlığını bildirir.

İnstagram izləyicimiz Fuad Aslanın mesajı: “Salam Azərbaycan Polisi, Azərbaycan Əsgəri! Biz birlikdə Güclüyük! Biz birlikdə Xalqıq! Biz birlikdə Vətənin keşiyində ayıq-sayıq olmalıyıq,biz birlikdə Vətənin namusunu qeyrətini çəkməliyik! Yaşasın Azərbaycan Polisi!”