Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini Vaqif Behbudov ictimai asayişin və təhlükəsizliyin keşiyində mətin dayanan polis əməkdaşlarının xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, ehtiyacı olan polis şəhid, o cümlədən veteran ailələrinə göstərdikləri diqqət və qayğıya, eləcə də etdikləri ərzaq yardımlarına görə DİN rəhbərliyinə və NBPİ Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını yazır.

Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə qanunun aliliyinin, insan hüquq və azadlıqlarının təmin edilməsində, cinayətkarlıqla mübarizədə, eləcə də Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən kütləvi imtahanlar zamanı binaların mühafizəsinin təmin olunmasında, asayişin qorunmasında, binalara buraxılışın təşkilində, imtahanların təhlükəsiz şəraitdə keçirilməsində yüksək peşəkarlıq nümayiş etdirərək vəzifə borclarının öhdəsindən layiqincə gəldiklərinə görə DİN rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir.

Bir qrup Qarabağ müharibəsi veteranı və əlili DİN rəhbərliyinə ünvanladıqları təşəkkür məktubunda Mingəçevir ŞPŞ rəhbərliyinin xidməti fəaliyyətindən razılıq edir, onlara göstərdikləri diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildirirlər.

Bakı şəhər sakini Tural Əmiraslanov evindən oğurluq edilməsi ilə əlaqədar etdiyi müraciətə operativ reaksiya verilərək qısa zaman kəsiyində cinayətkarların tutulmasına, eləcə də ona dəymiş ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə DİN rəhbərliyinə və Sabunçu RPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Sumqayıt şəhər sakini, 1-ci qrup əlil olan Elbrus Nəzərəliyev DİN-ə ünvanladığı məktubunda hər zaman polis əməkdaşlarından özünə qarşı diqqət və qayğı gördüyünü yazır. O, Azərbaycan polisi ilə fəxr etdiyini bildirir, nümunəvi fəaliyyətlərinə görə bütün polis əməkdaşlarına minnətdarlığını ifadə edir.

İnstagram izləyicimi Mirsaleh Qafarlının (salehqafarli) təşəkkür mesajı: “Azərbaycan Polisinin hər zaman olduğu kimi, koronavirus pandemiyası dövründə də şücaətini, qətiyyətini, eyni zamanda, humanistliyini, canıyananlığını və sədaqətliliyini gördük. İmişli Rayon Polis Şöbəsinin əməkdaşları da hər zaman rayon sakinlərinin təhlükəsiz yaşamaları üçün öz peşə fəaliyyətlərini yerinə yetirirlər. Rayon sakinləri ilə doğma münasibət yarada bilən İmişli RPŞ-nin rəhbərliyi və şəxsi heyəti sakinlərin rəğbətini qazanıb. DİN rəhbərliyinə və İmişli RPŞ-nin əməkdaşlarına təşəkkür edirəm.”

Vətəndaş Vaqif Behbudov polis əməkdaşlarını 2 iyul – peşə bayramı münasibətilə təbrik edir, xidmətlərində uğurlar arzulayır.

Bakı şəhər sakini Samir Mahmudovun DİN-ə ünvanladığı təşəkkür məktubu: “Azərbaycan Polisi, unutmayın ki, biz sizi çox sevirik. İndiki dövr hər nə qədər çətin olsa da , bundan daha gözəl günlər də gələr. Mənim polisim məni qoruyur. ”

Bakı şəhər sakini Hüseyn Hümbətov karantin rejimi dövründə pandemiyanın qarşısının alınması və insanların sağlamlığının qorunması üçün həyatlarını belə riskə ataraq gecə-gündüz xidmət aparan, öz üzərilərinə düşən vəzifəni layiqincə yerinə yetirən polis əməkdaşlarına təşəkkürünü bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.