Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Qobustan rayon sakini Mirzalı Hümmətov DİN-ə ünvanladığı təşəkkür məktubunda xidməti ərazisində olmamasına baxmayaraq, yanğın baş vermiş evdən həyatını təhlükəyə ataraq insanları xilas edən Qaradağ RPİ-nin əməkdaşı, polis leytenantı Ariz Gülməmmədova təşəkkürünü bildirir.

Lənkəran rayon sakini Fərqanə Cavadova adına və andına sadiq, vətəndaşlarla xoş ünsiyyət quran, onların problemlərinin həllində qətiyyət göstərən Lənkəran ŞRPŞ-nin əməkdaşı, polis leytenantı İlqar Abdullayevin xidmətindən razılığını ifadə edir.

Bakı şəhər sakini, polis veteranı Bəylər Teymurov yaşamaq hüququnun pozulması ilə bağlı etdiyi müraciətə Sabunçu RPİ-nin 13-cü PB-nin rəhbərliyinin çevik reaksiya verdiyinə və icraatında olan sənədlə bağlı öz vəzifə borcunu layiqincə yetirdiyinə görə sahə rəisi, polis kapitanı Şamil İsrafilova minnətdrlığını ifadə edir.

Bakı şəhər sakini Samirə Əzizova problemlərinin həllində göstərdiyi köməkliyə görə DİN Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin rəisi, polis polkovniki Rövşən Eyyubova təşəkkürünü bildirir.

Astara rayonunun Ərçivan kəndinin bir qrup sakini daxili işlər orqanlarında aparılan islahatlardan məmnunluqlarını ifadə edirlər.

Bakı şəhər sakini Feyruz Ağayev etibarından sui-istigadə edərək 5500 manatını və yoldaşının diplomunu dələduzluq yolu ilə ələ keçirmiş Elçin Əhmədov barəsində etdiyi müraciətlə bağlı Yasamal Rayon Polis İdarəsinin İstintaq şöbəsinin əməkdaşı, polis mayoru Mehrab Məmmədov tərəfindən aparılan istintaqdan, ona dəymiş ziyanın qısa vaxt ərzində ödətdirilməsindən razılığını ifadə edir.

Polis əməkdaşı kimi Qarabağ müharibəsində iştirakları barədə arxiv sənədlərinin üzə çıxarılmasında göstərdiyi köməkliyə görə bir qrup polis veteranı DİN-in Arxivinin rəis müavini, polis polkovnik-leytenantı Sevda Məmmədovaya təşəkkürlərini bildirirlər.

Astara rayonunun Pensər kənd sakini Şamil Rzayev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda oğluna məxsus yaşayış evindən oğurluq edən şəxsin Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılmasına görə minnətdarlığını bildirir.

Bakı şəhər sakini Gülbəniz Ələsgərova DİN-ə təşəkkür məktubu göndərib. O, Abşeron rayonu Məmmədli kəndində mülkiyyəti ilə bağlı yaranmış problemlə əlaqədar Bakı Şəhər Baş Polis İdarəsinə müraciət etdiyini bildirir. O, Bakı ŞBPİ-də müraciətinin dərhal baxılaraq araşdırıldığını, Cinayət Axtarışı İdarəsinin əməkdaşı, polis baş leytenantı Pünhan Səfərovun operativ müdaxiləsi və gördüyü lazımi tədbirlər nəticəsində probleminin qısa müddətdə həll edildiyini qeyd edir. G.Ələsgərova vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılmasına görə DİN rəhbərliyinə, Bakı Şəhər Baş Polis İdarəsinin şəxsi heyətinə, həmçinin polis baş leytenantı P.Səfərova minnətdarlığını bildirir.