Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Quba rayon sakini Quşkari Şamxal Sudeif üzləşdiyi problemlə əlaqədar etdiyi müraciətə operativ reaksiya verilərək qısa zaman kəsiyində həll olunmasında göstərdikləri köməkliyə görə DİN rəhbərliyinə və Quba RPŞ-in əməkdaşlarına minnətdarlığını bildirir.

Ağdam rayon sakini Elşən Novruzov Daxili İşlər Nazirliyinə ünvanladığı təşəkkür məktubunda rayon ərazisində ictimai sabitliyə, cinayətkarlıqla mübarizənin təmininə, insan hüquq və azadlıqlarının qorunmasına görə Bərdə RPŞ-nin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir.

Bakı şəhər sakini Fəridə Məmmədova müraciətinə həssaslıqla yanaşılaraq probleminin müsbət həllini tapmasına göstərdikləri köməyə görə Nizami Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir. O, Azərbaycan Polisinin xidməti fəaliyyətini yüksək dəyərləndirir və müvəffəqiyyətlər diləyir.

Bərdə rayon sakini Aygün Əsgərova müraciətinə tez bir zamanda baxılaraq həllini tapmasında göstərdikləri köməyə görə Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir. O, vətəndaşlara göstərilən diqqət və qayğının polis-vətəndaş münasibətlərinin günü-gündən daha da yaxşılaşmasına zəmin yaratdığını qeyd edir.

Füzuli rayon sakinləri Sabir Yarıyev, Anar Yarıyev, Kənan Əmrahlı müraciətinlərinə operativ və obyektiv şəkildə baxılaraq həllini tapmasında göstərdikləri köməyə görə İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarına minnətdarlıqlarını bildirirlər.

Bakı şəhər sakini Sabir Nəsirov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda müraciətinə tez bir zamanda baxılaraq müsbət həllini tapmasında göstərdikləri köməyə görə Nəsimi RPİ-nin 19-cu Polis Bölməsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Şəmkir rayonunun Çaparlı kənd sakini Pərvin Əliyev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda ona məxsus xırda buynuzlu heyvanları oğurlayan şəxsin Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tez bir zamanda müəyyən edilərək saxlanılmasına görə minnətdarlığını bildirir.

Gədəbəy rayon sakini, 104 saylı Gədəbəy-Tovuz Seçki Dairəsinin sədri Elman Rüstəmov 9 fevral parlament seçkiləri zamanı təhlükəsizliyin və asayişin təmin olunmasında vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə görə DİN rəhbərliyinə və Gədəbəy RPŞ-nin şəxsi heyətinə minnətdarlığını bildirir.

Goranboy rayonunun Qaraçinar kəndində yaşayan, Laçın rayonundan olan məcburi köçkün Əliağa Əsədov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda bildirir: “Ötən ilin noyabrında mənə məxsus 8 baş iri buynuzlu heyvan yolunu azaraq döyüş bölgəsinə keçdiyinə görə Xocalı Rayon Polis Şöbəsinə müraciət etmişdim. Müraciətimə qısa zamanda baxıldı və heyvanlar təmas xəttindən çıxarılaraq mənə qaytarıldı. Odur ki, müsbət və təmannasız xidmətlərinə görə DİN rəhbərliyinə və sözü gedən şöbənin əməkdaşlarına təşəkkür edirəm”.