Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
13.08.2020 - Gədəbəy rayon sakini Heydər Əliyev xidməti və vəzifə borclarını layiqincə...
Gədəbəy rayon sakini Heydər Əliyev xidməti və vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, asayişin təmin olunmasında, cinayətkarlıqla mübarizədə fəal iştirakına görə Gədəbəy RPŞ-nin rəhbərliyindən razılıq edir və təşəkkürünü bildirir.
13.08.2020 - Bakı şəhər sakini Xanlar Mehdiyev ona məxsus pul kisəsinin itirməsilə bağlı...
Bakı şəhər sakini Xanlar Mehdiyev ona məxsus pul kisəsinin itirməsilə bağlı etdiyi müraciətə operativ baxılmasına və pul kisəsini götürən şəxsin tapılaraq ona dəymiş ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə Baş Polis İdarəsinin və Sabunçu RPİ-nin 13-cü Polis Bölməsinin rəhbərliyinə və əməkdaşlarına təşəkkürünü bildirir.
12.08.2020 - DİN-in rəsmi “İnstagram” səhifəsinin izləyicisi Zülfüqar Abbasov səhifəyə...
DİN-in rəsmi “İnstagram” səhifəsinin izləyicisi Zülfüqar Abbasov səhifəyə mesaj yazaraq gecə saatlarında yolda qaldığı zaman ərazidə xidmət aparan Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının onu yaşadığı mənzilə gətirdikləri üçün minnətdarlıq edir.
12.08.2020 - DİN-in “Facebook” səhifəsinin izləyicisi Xanlar Mehdiyev pul kisəsinin...
DİN-in “Facebook” səhifəsinin izləyicisi Xanlar Mehdiyev pul kisəsinin oğurlanması ilə bağlı etdiyi müraciətə obyektiv və operativ baxıldığı üçün minnətdarlıq edir: “Bir müddət öncə pul kisəmin tapılması ilə bağlı sizə müraciət etmişdim. Məsələ ilə əlaqədar məni qəbul etdilər, problemimi dinlədilər və məsələyə operativ reaksiya verərək içərisində sənədlərim və 170 manatım olan pul kisəm tapılıb geri qaytarıldı. Buna görə DİN rəhbərliyinə, o cümlədən Bakı şəhər BPİ və Sabunçu RPİ 13-cü Polis Bölməsinin əməkdaşlarına təşəkkür edirəm. Var olsun Azərbaycan Polisi.”
12.08.2020 - Bakı şəhər sakini Ayaz Nəbiyev itmiş övladının tapılmasında köməklik...
Bakı şəhər sakini Ayaz Nəbiyev itmiş övladının tapılmasında köməklik göstərdiyi üçün DİN rəhbərliyinə və Sabunçu RPİ 12-ci PŞ-nin əməkdaşlarına minnətdarlıq edir.
12.08.2020 - DİN-in rəsmi “İnstagram” səhifəsinin izləyicisi Ayaz Babayev səhifə...
DİN-in rəsmi “İnstagram” səhifəsinin izləyicisi Ayaz Babayev səhifə vasitəsilə etdiyi müraciətə baxılaraq müsbət istiqamətdə həll edildiyinə görə DİN rəhbərliyinə minnətdarlıq edir.
12.08.2020 - Qaradağ rayonunun Qobu qəsəbəsində yaşayan, şəhid atası Əliyusif Əliyev...
Qaradağ rayonunun Qobu qəsəbəsində yaşayan, şəhid atası Əliyusif Əliyev qəsəbə sakinləri olan şəhid və aztəminatlı ailələr adından Daxili İşlər Nazirliyinə ünvanladığı teleqramda Qurban bayramı münasibətilə Ələt qəsəbəsində yaşayan şəhid və aztəminatlı ailələrə polis əməkdaşları tərəfindən yüksək diqqət və qayğı göstərildiyini qeyd edir.
O, cinayətkarlıqla qətiyyətli mübarizə aparan, öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirən, şəhid, tənha, aztəminatlı və çoxuşaqlı ailələrə baş çəkərək ərzaq yardımları edən, qayğıkeşlik göstərən polis əməkdaşlarına qəsəbə sakinləri olan şəhid və aztəminatlı ailələr adından təşəkkürünü bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.12.08.2020 - Abşeron rayon sakini İsmayıl Əliyev DİN-ə ünvanladığı təşəkkür məktubunda...
Abşeron rayon sakini İsmayıl Əliyev DİN-ə ünvanladığı təşəkkür məktubunda Bakı şəhərindəki mənzilindən kirayə qalan şəxslər tərəfindən oğurluq edildiyi üçün etdiyi müraciətə baxıldığına və həmin şəxslərin saxlanılmasına görə DİN rəhbərliyinə minnətdarlıq edir.
12.08.2020 - Şəki şəhər sakini Fikrət Daşdəmirov polis əməkdaşlarının xidməti vəzifə...
Şəki şəhər sakini Fikrət Daşdəmirov polis əməkdaşlarının xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, asayişin təmin olunmasında, cinayətkarlıqla mübarizədə fəal iştirakına görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.