Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

“Real” televiziyasının rəhbəri Mirşahin Ağayev televizayının əməkdaşının avtomobilini vuraraq hadisə yerindən qaçan şəxsin saxlanılaraq məsuliyyətə cəlb edilməsinə görə DİN rəhbərliyinə minnətdarlıq edir.

Bakı şəhər sakini Məleykə Əlizadə vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılmasına, göstərilən diqqət və qayğıya, eyni zamanda operativliyə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

“Facebook” istifadəçisi “Abuzer Ceferli” səhifəsində post paylaşaraq qeyd edib: “Neçə dəfə daxili işlər nazirinə müraciət etmişəm, dərhal kömək edilib”.

Bakı şəhər sakini Günel Bağırova DİN-ə ünvanlandığı məktubunda təhdid olunması ilə bağlı müraciətinə operativ baxıldığını bildirir. G.Bağırova vətəndaşların müraciətlərinə diqqətlə yanaşılmasına və operativliyə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.

Bakı şəhər sakini Çinarə Əliyeva polis əməkdaşlarının operativliyi sayəsində qısa müddətdə bank kartından edilən oğurluğu törədən şəxslərin saxlanıldığını, oğurlanmış pulun özünə qaytarıldığını qeyd edir.

Ç.Əliyeva müraciətlərə diqqətlə yanaşıldığına və operativliyə görə Suraxanı RPİ-nin 32-ci Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Bakı şəhər sakini Tural Cəfərov pozulmuş hüquqlarının bərpası ilə bağlı DİN-ə etdiyi müraciətə operativ baxıldığını, obyektiv araşdırma aparılaraq müsbət həll olunduğunu qeyd edərək DİN rəhbərliyinə və Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir.

“Facebook” istifadəçisi “Javid Nabiyev” səhifəsində post paylaşaraq vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılmasına görə Sumqayıt Şəhər Polis İdarəsinin rəhbərliyinə minnətdarlığını bildirir.

“Facebook” istifadəçisi “Deyanet Azersoy” səhifəsində “Xalqlar dostluğu” metrostansiyasının çıxışında hərəkət sıxlığı probleminin aradan aldırılmasını əks etdirən foto və videolar paylaşaraq qeyd edib: “Ötən gün paytaxtın Nizami rayonunda xoşagəlməz mənzərə ilə bağlı bir jurnalist və vətəndaş kimi problemi işıqlandırdım.

Daxili İşlər Nazirliyi dərhal məsələyə müdaxilə edərək yaranmış problemi anında həll etdi. Bu gün həmin ərazidən insanlar rahat hərəkət edir.

Biz də öz növbəmizdə operativ reaksiya verdiklərinə və insanların rahatlığının təmin olunmasında göstərdikləri köməkliyə görə Daxili İŞlər Nazirliyinin əməkdaşlarına minnətdarlığımızı bildiririk.”

Şirvan şəhər sakini Mahir Cəfərov məktubunda üzləşdiyi dələduzluq faktı ilə bağlı müraciətinə operativ baxıldığına görə minnətdarlığını bildirir.