Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

İnstagram izləyicimiz olan bir qadın (etiq qaydalara görə ad verilmir) səhifə vasitəsilə bir nəfər şəxsin onu şantaj etdiyini bildirmişdi. Həmin qadın daha sonra yenidən səhifəmizə yazaraq şikayətinə obyektiv baxıldığına və həmin şəxsin saxlanıldığına görə DİN rəhbərliyinə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və Şirvan ŞPŞ-nin əməkdaşlarına təşəkkürünü bildirir. O, Azərbaycan Polisi ilə qürur duyduğunu ifadə edir.

Feysbuk izləyicimiz Salman Xudaverdiyev səhifədən etdiyi müraciətə operativ baxıldığına və ona dəyən ziyanın ödətdirildiyinə görə Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşlarına minnətdarlıq edir.

Feysbuk izləyicimiz Ramin Həsənov yazır: “Sizə etdiyim şikayət qısa bir zamanda həllini tapdı. Buna görə Azərbaycan Polisinə dərin minnətdarlığımı bildirirəm. Sizlərə bu şərəfli peşənizdə uğurlar arzulayıram.”

Bakı şəhər sakini Fərda İbrahimov müraciətinə operativ baxıldığına və göstərilən köməkliyə görə DİN rəhbərliyinə minnətdarlıq edir.

Şəki şəhər sakini Babaək Mahmudov sosial şəbəkələrdə baş verən hadisələrə, qanunsuz əməllərə Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən dərhal reaksiya verildiyinə və müvafiq araşdırmalar aparıldığına görə DİN rəhbərliyinə təşəkkür edir.

Sabirabad rayon sakini Etibar Sadıqov ölkəmizdə koronavirus pandemiyası ilə aparılan mübarizədə fəal və fasiləsiz işlərinə, həyata keçirilən təhlükəsizlik tədbirlərinə, eləcə də xidmətləri zamanı vətəndaşlara göstərilən qayğıya, köməkliyə görə DİN rəhbərliyinə və Sabirabad Rayon Polis Şöbəsinin şəxsi heyətinə minnətdarlığını bildirir.

Bakı şəhər sakini Hikmət Məşrik xidməti vəzifəl borclarını layiqincə yerinə yetirdiklərinə görə DİN rəhbərliyinə və Binəqədi RPİ-nin əməkdaşlarına təşəkkür edir.

DİN-in Facebook səhifəsinin izləyicisi olan Bakı şəhər sakini Rauf İbadov səhifə vasitəsilə ünvanladığı müraciətinə operativ reaksiya verildiyinə, Bakı Şəhər Baş Polis İdarəsində baxılaraq qısa müddətdə müsbət həll edildiyinə, ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Bakı ŞBPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

DİN-in Facebook səhifəsinin Secretspub adlı izləyicisi səhifə vasitəsilə ünvanladığı müraciətinə operativ reaksiya verildiyinə, qısa müddətdə müsbət həll edilərək ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Bakı ŞBPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir.