Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini Məhərrəm Cəlilov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda vəziyyəti ağır olan qardaşının xəstəxanaya çatdırılmasında göstərdiyi köməkliyə görə Səbail Rayon Mühafizə İdarəsinin rəisi Habil Əsədova minnətdarlığını bildirir.

Bakı şəhər sakini Tamella Quliyeva DİN-ə ünvanladığı məktubunda bildirir ki, sükan arxasında olan həyat yoldaşının qəfil vəziyyəti pisləşib. Ona köməyə gəlib ilk tibbi yardım göstərən və xəstəxanaya çatdırılmasında köməklik edən polis əməkdaşlarına minnətdarlıq edir.

Taras Şevçenko adına Kiyev Milli Universitetinin professoru Rita Zabloskaya DİN rəhbərliyinə ünvanladığı məktubunda ailəsi ilə birlikdə istirahətdə olduqları “Xəzri” istirahət mərkəzinda yaradılan şəraitdən və gülərüz personaldan razılıq edir və təşəkkürünü bildirir.

Ağstafa şəhər sakini Urfan Məmmədov DİN-ə ünvanladığı məktubunda etdiyi müraciətə baxıldığına görə minnətdarlıq edir.

Bakı şəhər sakini Sultanağa Hüseynov DİN rəhbərliyinə ünvanladığı məktubunda etdiyi müraciətə baxılmasında ona göstərdikləri köməkliyə görə Masallı Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Astara şəhər sakini Əli Əliyev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda ictimai asayişin qorunmasına, cinayətkarlığa və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizəyə görə Astara RPŞ-nin rəisi, polis polkovniki Azər Cahangirova, həmçinin yollarda hərəkətin təhlükəsizliyinin təmin olunmasına görə RPŞ-nin Dövlət Yol Polisi Bölməsinin rəisi, polis mayoru İlqar Rəhimzadəyə minnətdarlığını ifadə edir.

Masallı rayonunun Öncəqala kənd sakini Müstəqim Bəşirov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda müraciəti ilə bağlı ona göstərilən köməkliyə görə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin yol patrul xidmətinin baş inspektoru Vüsal Seyidova minnətdarlığını bildirir.

Şəki şəhər sakini Zaur Müslümov DYP əməkdaşlarının uşaq bağçalarında, təhsil müəssisələrində keçirdikləri maarifləndirici tədbirlərə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Göyçay rayon sakini Qadir Rəfiyev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda əlillərə göstərdikləri köməkliyə görə RPŞ-nin rəisi Sənan Əsədova və şəxsi heyətlə iş üzrə rəis köməkçisi Qəhrəman Vəliyevə minnətdarlığını bildirir.