Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
31.05.2021 - Gəncə şəhər sakini Qəmbər Verdiyev DİN rəhbərliyinə ünvanladığı təşəkkür...
Gəncə şəhər sakini Qəmbər Verdiyev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda xidməti fəaliyyətini layiqincə yerinə yetirdiyinə görə Gəncə ŞBPİ-nin kollektivinə minnətdarlığını bildirir.
31.05.2021 - Qazax rayonunun Aslanbəyli kənd sakini Söylü Eminova təşəkkür məktubunda...
Qazax rayonunun Aslanbəyli kənd sakini Söylü Eminova təşəkkür məktubunda etdiyi müraciətin operativ və obyektiv şəkildə araşdırılmasına görə DİN rəhbərliyinə minnətdarlığını yazır.
31.05.2021 - Sumqayıt şəhər sakini Günel Səfərova üzləşdiyi problemlə əlaqədar etdiyi...
Sumqayıt şəhər sakini Günel Səfərova üzləşdiyi problemlə əlaqədar etdiyi müraciətə operativ reaksiya verilərək qısa zaman kəsiyində həll olunmasında göstərdikləri köməkliyə görə Sumqayıt ŞPİ-nin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını ifadə edir.
31.05.2021 - Bir qrup Bakı şəhər sakinləri üzləşdikləri problemlə əlaqədar etdikləri...
Bir qrup Bakı şəhər sakinləri üzləşdikləri problemlə əlaqədar etdikləri müraciətə həssaslıqla yanaşılaraq qısa zaman kəsiyində həll olunmasında göstərdikləri köməkliyə görə Binəqədi RPİ və şəxsi heyətinə təşəkkürlərini ifadə edirlər.
31.05.2021 - Gədəbəy rayon sakini Məzahət Mahmudov etdiyi müraciətə dərhal reaksiya...
Gədəbəy rayon sakini Məzahət Mahmudov etdiyi müraciətə dərhal reaksiya verildiyinə və müsbət həll olunduğuna görə 28-ci Polis Bölməsinin əməkdaşlarına minnətdarlığını bildirir.
31.05.2021 - Gəncə şəhər sakini Kamil Məmmədov DİN rəhbərliyinə ünvanladığı təşəkkür...
Gəncə şəhər sakini Kamil Məmmədov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda xidməti fəaliyyətini layiqincə yerinə yetirdiyinə görə Gəncə ŞBPİ-nin Kəpəz rayon Polis İdarəsinin kollektivinə minnətdarlığını bildirir.
29.05.2021 - Bakı şəhər sakini Aida Eyvazova qarşılaşdığı problemlə bağlı etdiyi müraciətə...
Bakı şəhər sakini Aida Eyvazova qarşılaşdığı problemlə bağlı etdiyi müraciətə Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin əməkdaşlarının operativ və həssaslıqla yanaşıldığına və məsələnin qısa müddət ərzində müsbət istiqamətdə həll olunduğuna görə DİN rəhbərliyinə dərin təşəkkürünü bildirir.
29.05.2021 - Bakı şəhər sakini Cavid Kərimli fotoaparatının bir şəxs tərəfindən...
Bakı şəhər sakini Cavid Kərimli fotoaparatının bir şəxs tərəfindən sındırıldığı ilə bağlı etdiyi müraciətə Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən çevik reaksiya göstərildiyinə və məsələnin araşdırılıb qısa müddət ərzində ona dəymiş ziyanın tam ödətdirilməsinə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.
29.05.2021 - Bakı şəhər sakini İbrahim Şeyx avtomobilinin oğurlanması ilə bağlı etdiyi...
Bakı şəhər sakini İbrahim Şeyx avtomobilinin oğurlanması ilə bağlı etdiyi müraciətə Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin əməkdaşları tərəfindən operativ yanaşıldığına və avtomobilinin qısa müddət ərzində tapılaraq ona təhvil verildiyinə görə DİO əməkdaşlarına minnətdarlığını bildirir.