Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini Rizvan Cəfərov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, azyaşlı nəvəsinin itkin düşməsi ilə bağlı müraciəti ilə əlaqədar Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşları tərəfindən həyata keçirilən operativ əməliyyat tədbirləri nəticəsində uşağın sağ-salamat tapılaraq ailəsinə təhvil verildiyini qeyd edir. 
R.Cəfərov müraciətinə həssas yanaşılmasına və həyata keçirilən operativ tədbirlərə görə DİN rəhbərliyinə və Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir. 

Abşeron rayon sakini Zamiq Əliyev DİN-in “Facebook” səhifəsinə təşəkkür mesajı yazıb. O, üzləşdiyi dələduzluq faktı ilə bağlı səhifə vasitəsilə ünvanladığı müraciətinə operativ baxıldığını, Abşeron Rayon Polis İdarəsində qəbul edildiyini və müvafiq araşdırma aparılaraq qısa müddətdə müraciətinin müsbət həll olunduğunu qeyd edərək DİN rəhbərliyinə və Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir. 

İsmayıllı rayon sakini Ərəstun Paşayev təşəkkür məktubunda müraciətinin müsbət həll edilməsinə görə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarına minnətdarlıq edir.

Zaqatala rayon sakini Çimnaz Yetimova DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda müraciətinə həssaslıqla yanaşdıqları üçün Zaqatala RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Şəki rayon sakini Bəhərçin Məmmədov müraciətinin ŞRPŞ-də müsbət həll edilməsinə görə minnətdarlığını bildirir.

Ağdaş rayon sakini Hikmət Mamedov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda xidməti fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə RPŞ-nin əməkdaşlarına minnətdarlıq edir.

Şəki şəhər sakini Şəlalə Məmmədova ona məxsus mağazadan oğurluq edən şəxslərin tutularaq məsuliyyətə cəlb edilməsinə, eləcə də ona dəymiş maddi ziyanın ödətdirilməsinə görə ŞRPŞ-nin əməkdaşlarına təşəkkür edir.

Balakən rayon sakini Soltanhəmid İbadov müraciətinin müsbət həll edilməsinə və xidməti fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə Balakən RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Balakən rayon sakini Afina Mollayeva təşəkkür məktubunda xidməti vəzifələrinin öhdəsindən layiqincə gəldikləri üçün Rayon Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.