Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Sumqayıt şəhər sakini Günel Sadıqzadə Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda müraciətinə operativ baxıldığına, qısa müddətdə araşdırılaraq müvafiq tədbirlərin görüldüyünə və pozulmuş hüquqlarının bərpa edildiyinə görə DİN rəhbərliyinə və İAQMBİ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Ucar rayon sakini Tahir Xəlilov xidməti və vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, asayişin təmin olunmasında, cinayətkarlıqla mübarizədə fəal iştrakına görə DİN rəhbərliyinə və Ucar RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Bakı şəhər sakini Sevinc Əskərova Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə görə DİN rəhbərliyinə və Nəsimi RPİ-nin İstintaq Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Bakı şəhər sakini Elnora Məmmədova DİN rəhbərliyinə ünvanladığı onlayn müraciətində ona göstərilən köməkliyə görə Azərbaycan Polisinə təşəkkürünü bildirir. O, vətəndaş müraciətlərinə həssaslıqla yanaşılmasını yüksək dəyərləndirir.

Bakı şəhər sakini Ruslan Əliyev DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, yol hərəkəti ilə bağlı üzləşdiyi problemlə əlaqədar səhifə vasitəsilə ünvanladığı müraciətinə çevik baxıldığını və araşdırılaraq qısa müddətdə müsbət həll olunduğunu qeyd edərək DİN rəhbərliyinə minnətdarlığlını bildirir.

Vətəndaş Sara Hüseynova taksidə unutduğu əl çantasının tapılmasında göstərdikləri köməkliyə görə Binəqədi RPİ 5-ci Polis Bölməsinin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir.

Bakı şəhər sakinləri Pərvanə Məmmədova və Zamiq Məmmədov üzləşdikləri dələduzluq hadisəsi ilə əlaqədar etdikləri müraciətlərə operativ reaksiya verilərək qısa zaman kəsiyində həll olunmasında, eləcə də onlara dəymiş maddi ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə Binəqədi RPİ 5-ci Polis Bölməsinin rəhbərliyinə və əməkdaşlarına təşəkkürlərini ifadə edirlər.

Sumqayıt şəhər sakini Mehriban Rəhmanova azyaşlı övladının itkin düşməsi ilə əlaqədar etdiyi müraciətə həssaslıqla yanaşılaraq qısa zaman kəsinyində sağ-salamat tapılaraq ona qaytarılmasında göstərdikləri köməkliyə görə Sumqayıt ŞPİ 2-ci Polis Bölməsinin rəhbərliyinə və şəxsi heyətinə minnətdarlığını yazır.

Vətəndaş, “TV21.az” saytının baş redaktoru Elçin Tağıyev ictimai asayişin və təhlükəsizliyin təmin olunmasında, vətəndaşların qanuni mənafelərinin, hüquq və azadlıqlarının, konstitusion hüquqlarının etibarlı qorunmasında xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə görə Azərbaycan Polisinə təşəkkürünü bildirir.