Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş Tükəzban Nəsibova DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda müraciətinə tez bir zamanda baxılaraq probleminin müsbət həllini tapmasında göstərdikləri köməkliyə görə Azərbaycan Polisinin xidməti fəaliyyətini yüksək dəyərləndirir.

Tərtər rayon sakini Camal Əhmədov üzləşdiyi problemlə əlaqədar etdiyi müraciətə operativ reaksiya verilərək qısa zaman kəsiyində həll olunmasında göstərdikləri köməkliyə görə Tərtər RPŞ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkürünü ifadə edir. 

Gəncə şəhər sakini Mədət Bağırov övladının DİO-da xidmətə qəbul olunmasına görə DİN rəhbərliyinə təşəkkürlərini bildirir.

Bloger Hüseyn Baxışov (Hüseyn Əzizoğlu) DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb: “Daxili işlər naziri cənab Vilayət Eyvazov başda olmaqla bütün polis əməkdaşlarına təşəkkür edirəm. Mənim şikayətimə ədalətli yanaşılaraq müsbət həll edildi. Bir daha təşəkkür edirəm”.

Abşeron rayon sakini Taleh Qəhrəmanov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda müraciətinə həssas yanaşıldığına və göstərilən köməkliyə görə DİN rəhbərliyinə və İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Bakı şəhər sakini Nail İbrahimov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, səhifə vasitəsilə ünvanladığı müraciətinə operativ baxıldığına, Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə dəvət olunaraq hüquq və vəzifələrinin izah olunmaqla obyektiv araşdırmalara başlanıldığına görə DİN rəhbərliyinə və Azərbaycan Polisinə təşəkkürünü bildirir.

Bakı şəhər sakini Vasif Fətəliyev DİN-in “Instagram” səhifəsinə yazdığı təşəkkür mesajında qulqabısını itirməsilə əlaqədar Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə etdiyi müraciətə operativ baxıldığını və qulqabısının polis əməkdaşları tərəfindən qısa müddətdə tapılaraq ona qaytarıldığını  qeyd edir. O, müraciətinə həssas yanaşıldığına və göstərilən köməyə görə 9-cu Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır. 

Vətəndaş Rövşən Cəbiyev qarşılaşdığı problemlə görə etdiyi müraciətə operativ və şəffaflıqla yanaşıldığına görə DİN rəhbərliyinə minnətdarlıq edir və DİO əməkdaşlarına gələcək fəaliyyətlərində uğurlar arzu edir.

Vətəndaş Milanə Əliyeva bir şəxsin sosial şəbəkələr vasitəsi ilə ondan hədə-qorxu yolu ilə 1000 manat tələb etməsi ilə bağlı etdiyi müraciətə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.