Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Mingəçevir şəhər sakini Aidə Xəlilova müraciətinin müsbət həllinə və ona dəymiş maddi ziyanın ödətdirilməsinə görə, Mingəçevir ŞPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Gəncə şəhər sakini Yaqub Quluyev müraciətinin müsbət həllinə görə, Ağdaş RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Sumqayıt şəhər sakini Ağabacı Məmmədrzayeva məktubunda cari il noyabrın 24-də respublikanın daxili işlər naziri tərəfindən Sumqayıt şəhərində keçirilən vətəndaş qəbulunda iştirak etdiyini yazır. O, müraciəti ilə əlaqədar müvafiq göstəriş verildiyini və Sumqayıt Şəhər Polis İdarəsində araşdırmalara başlanıldığını bildirir.
A.Məmmədrzayeva vətəndaş müraciətlərinə, o cümlədən onun müraciətinə diqqətlə yanaşılmasına görə DİN rəhbərliyinə təşəkkürünü bildirir. 

Sumqayıt şəhər sakini Taleh Məmmədov məktubunda xidməti vəzifələrini layiqincə yerinə yetirən Sumqayıt ŞPİ Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.

Vətəndaş Rəşid İbrahimzadə DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda ictimai sabitliyin qorunmasında, cinayətkarlığa qarşı qətiyyətli mübarizədə Azərbaycan Polisinin xidməti fəaliyyətini təqdir edir və uğurlar diləyir.

Vətəndaş Azad Rəhimzadə DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda şikayətinə operativ və obyektiv şəkildə baxılmasına görə Azərbaycan Polisinin xidməti fəaliyyətini təqdir edir. O, vətəndaş müraciətlərinə həssaslıqla yanaşılmasının polis-vətəndaş münasibətlərinin daha da yaxşılaşmasına zəmin yaratdığını bildirir.

Vətəndaş Qabil Abışov müraciətinə tez bir zamanda baxılaraq ona dəyən ziyanın ödənilməsində ona göstərilən köməkliyə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir. O, Azərbaycan Polisinin gərgin xidməti fəaliyyətini yüksək qiymətləndirir və uğurlar diləyir.

Vətəndaş Tural Xasayov şikayətinə operativ baxılaraq müsbət həllini tapmasında ona göstərilən köməkliyə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir. O, vətəndaş müraciətlərinə həssaslıqla yanaşılmasını yüksək dəyərləndirir.

Vətəndaş Fəxrəndə Tofiqzadə tanımadığı şəxs tərəfindən pulunun mənimsənilməsi ilə bağlı müraciətinə operativ baxılaraq həllini tapmasında göstərdikləri köməkliyə görə Nəsimi RPİ 22-ci Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.