Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini Naibə Xasıyevə atası, polis veteranı Cabir Xasıyevin səhhətində yaranan problemin aradan qaldırılması üçün, sözün əsl manasında, fədakarlıq göstərən və onu sağlamlığına qovuşduran DİN-in Arif Heydərov adına Respublika Hospitalının kollektivinə təşəkkürünü bildirir.

Lənkəran şəhər sakini Ramid Cəfərov DİN rəhbərliyinə ünvanladığı məktubda Əlahiddə Çevik Polis Alayının əməkdaşlarının öz vəzifə borclarının öhdəsindən layiqincə gəldiyini minnətdarlıq hissi ilə qeyd edir.

Bakı şəhər sakini Elmar Həşimov polis əməkdaşlarının narkomaniya ilə qətiyyəli mübarizəsini təqdirəlayiq hesab edir və bu bəladan gəncliyimizi, gələcəyimizi qorumaq üçün mütəmadi olaraq məktəblərdə, əmək kollektivlərində keçirilən maarifləndirmə tədbirlərindən razılığını bildirir.

Bakı şəhərində müvəqqəti məskunlaşan Cəbrayıl rayon sakini, polis veteranı Şamil Əhmədov DİN-in Hospitalında müalicə alarkən ona göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirir.

Bakı şəhər sakini Fərman Mirzəyev probleminin həllində göstərdiyi köməkliyə görə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəhbərliyinə minnətdarlığını bildirir.

Xocalı rayon sakini Vaqif Behbudov ona və şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə DİN-in Polis Akademiyasının rəisi, polis general-mayoru Nazim Əliyevə minnətdarlığını ifadə edir.

Sabunçu rayon sakini İlhamə Hüseynova itmiş övladının tapılmasında göstərdiyi köməkliyə görə RPİ-nin əməkdaşlarına təşəkkürünü bildirir.

Bakı şəhər sakini Mübariz Quliyev ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərdiyi köməkliyə görə Bakı Şəhər Baş Polis İdarəsinin rəhbərliyinə minnətdarlığını ifadə edir.

Göyçay rayon sakini İlhamə Seyidova DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda Göyçay RPŞ-nin əməkdaşlarına onun müraciəti ilə əlaqədar göstərdikləri diqqət və operativ xidmətə görə öz minnətdarlığını bildirir.