Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
28.05.2019 - Qəbələ rayon sakini Elçin Soltanov yol nəqliyyat hadisəsi zamanı ağır...
Qəbələ rayon sakini Elçin Soltanov yol nəqliyyat hadisəsi zamanı ağır xəsarət almış qardaşına göstərilən köməkliyə görə, DİN rəhbərliyinə öz minnətdarlığını bildirir.
27.05.2019 - Sumqayıt şəhər sakini İlqar Camalov DİN-ə ünvanladığı təşəkkür məktubunda...
Sumqayıt şəhər sakini İlqar Camalov DİN-ə ünvanladığı təşəkkür məktubunda qızı İradə Camalovaya ilkin tibbi yardım göstərdiklərinə və vaxtında xəstəxanaya çatdırdıqlarına görə Post-Patrul Xidmətinin Heydər və Rac adlı əməkdaşlarına minnətdarlığını ifadə edir.
27.05.2019 - Saatlı rayon Təhsil Şöbəsinin müdiri Seyidağa Kazımov DİN-ə ünvanladığı...
Saatlı rayon Təhsil Şöbəsinin müdiri Seyidağa Kazımov DİN-ə ünvanladığı minnətdarlıq məktubunda gələcəyimizi və gəncliyimizi təhdid edən narkomaniyaya qarşı aparılan maarifləndirmə tədbirləri və qətiyyətli mübarizəyə görə DİN rəhbərliyinə və Saatlı Rayon Polis Şöbəsinin şəxsi heyətinə təşəkkürünü bildirir.
27.05.2019 - Şəki rayon sakini Kəmalə Xəlilova sorğusuna operativ cavab verildiyinə görə...
Şəki rayon sakini Kəmalə Xəlilova sorğusuna operativ cavab verildiyinə görə DİN-in Növbətçi Hissələri İdarəetmə Xidmətinin əməkdaşlarına minnətdarlıq edir.
27.05.2019 - Ağsu rayon sakini Asəf Babaşov rayonda yaradılmış sabitliyə, əmin-amanlığa və...
Ağsu rayon sakini Asəf Babaşov rayonda yaradılmış sabitliyə, əmin-amanlığa və nizam-intizama görə DİN rəhbərliyinə öz təşəkkürünü ifadə edir.
25.05.2019 - Bakı şəhər sakini Mansur Allahyarov müraciətinə çevik və operativ qaydada...
Bakı şəhər sakini Mansur Allahyarov müraciətinə çevik və operativ qaydada reaksiya verdiklərinə görə həmkarlarımıza minnətdarlığını ifadə edir.
25.05.2019 - İsmayıllıdan Nuğayevlər ailəsi və Bakı şəhər sakini Fərid Hüseynov...
İsmayıllıdan Nuğayevlər ailəsi və Bakı şəhər sakini Fərid Hüseynov ölkəmizdə sabitliyin təmin edilməsində, Azərbaycanın sabitlik adası kimi dünyada tanınmasında qanıyla-canıyla Vətənə xidmət edən Azərbaycan Polisinə təşəkkürlərini bildirirlər.
25.05.2019 - Şabran rayon sakini Ceyhun Ələsgərov dəfələrlə müraciət etsə də tikinti...
Şabran rayon sakini Ceyhun Ələsgərov dəfələrlə müraciət etsə də tikinti şirkəti tərəfindən ona ödənilməyən əməkhaqqının alınmasında və onun hüquqlarının müdafiəsində göstərdiyi köməkliyə görə polisə təşəkkür edir.
25.05.2019 - Avtomobilindən 3500 manatını və digər əşyalarını oğurlamış şəxslərin müəyyən...
Avtomobilindən 3500 manatını və digər əşyalarını oğurlamış şəxslərin müəyyən olunaraq istintaqa cəlb edilməsində göstərdikləri operativliyə görə Rəşad Həsənov Binəqədi Rayon Polis İdarəsinin rəhbərliyinə və şəxsi heyətinə minnətdarlığını ifadə edir.