Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

“Mən Yeni Zelandiya vətəndaşıyam. Bu sirli-sehirli ölkə haqqında həmvətənlərimdən eşitdikdən sonra Azərbaycana gəlməyə qərar verdim. Hava limanında hiss etdim ki, böyük bir xalqın mədəniyyətinə və tarixinə şahidlik edəcəyəm. Gülərüz insanlar, xoş ünsiyyət mənə qəribliyimi unutdurdu. Hələ polisləri demirəm. Məhz onların köməyi ilə əlimdəki xəritədə gəzmək üçün nişanladığım yerlərin seyrinə çıxdım. Bakı, gəziləsi, görüləsi və sevələsi şəhərdir. O sanki Xəzərin qoynunda uyuyan, hərdən də şıltaqlıq edən körpəyə bənzəyir. Zəngin Azərbaycan mətbəxindən daddığım təamların, “Qız qalası”nın, Şirvanşahlar sarayının, “Alov” qüllələrinin şəkillərini dostlarıma göndərəndə onların mənə cavabı bu oldu: “Sən doğurdan da Şərqin ən qədim və sabit ölkəsindəsən”.

Lənkəranda isə heç vaxt unuda bilməyəcəyim hadisə başıma gəldi. Pul kisəmi, bank kartlarımı itirdim. Köməksiz vəziyyətdə qaldığımı görənlər mənə polisə üz tutmağı məsləhət bildilər. Polisə başıma gələnləri danışdım. Məndən əşyalarımı hansı şəraitdə itirməyimi soruşdular. Düzü, inanmırdım ki, tapılsın. Polislər məni Şöbəyə gətirdilər. Hələ üstəlik dadlı Lənkəran çayına da qonaq etdilər. Çox keçmədi ki, sənədlərim və pul kisəm tapıldı. Sən demə, mən onları avtobusda unutmuşammış. Mən Azərbaycanı və onun saf insanlarını sevdim. Burdan Vətənimə bu ölkəyə sonsuz sevgi və rəğbət hissi ilə gedirəm. Hörmətlə, Lee Green”...

Olimpiya mükafatçısı İradə Aşumova üzləşdiyi dələduzluq hadisəsi ilə əlaqədar etdiyi şikayətin obyektiv və operativ şəkildə həll edildiyinə və ona dəymiş maddi ziyanın tam ödətdirildiyinə görə DİN rəhbərliyinə öz təşəkkürünü bildirir.

Bakı şəhər sakini Sahilə Əsgərova DİN-ə ünvanladığı təşəkkür məktubunda mənzilində baş vermiş oğurluq hadisəsinin üstünün açılmasında və ona dəymiş maddi ziyanın tam ödətdirilməsində göstərilən köməkliyə görə DİN və Binəqədi RPİ-nin rəhbərliyinə təşəkkürünü bildirir.

Şəki rayon sakini Nüsrət Abdullayev Şəki ŞRPŞ-də müraciətinin obyektiv araşdırıldığına və ona dəymiş maddi ziyanın ödətdirilməsinə görə DİN rəhbərliyinə öz minnətdarlığını bildirir.

Bakı şəhər sakini Məryəm Abdullayeva DİN-rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda ona qarşı törədilən soyğunçuluq hadisəsilə bağlı Sabunçu RPİ-nin 13-cü Polis Bölməsinə yazdığı şikayət ərizəsinə tez bir zamanda və operativ baxılmasına görə minətdarlığını bildirir.

Bakı şəhər sakini Arzu Səlimova DİN-ə ünvanladığı minnətdarlıq məktubunda müraciətinə obyektiv baxıldığına və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.

Paytaxtdakı 217 saylı tam orta məktəbin direktoru Bənövşə Cəfərova DİN-ə ünvanladığı məktubunda Binəqədi RPİ-nin təşkilatçılığı ilə həmin məktəbdə “Narkomaniyaya yox deyək” devizi ilə keçirilən maarifləndirici tədbirə görə müəllim, şagird və valideyn kollektivi adından DİN rəhbərliyinə öz təşəkkürünü bildirir.

Sumqayıt şəhər sakini Bəhlul Heybətov DİN rəhbərliyinə ünvanladığı məktubda vətəndaşlarla xoş rəftar və səmimi ünsiyyətə görə Xızı RPŞ-nin rəisi, polis polkovnik-leytenantı Həmid Həsənova öz minnətdarlığını bildirir.

Astara rayonunun Deqədi kənd sakini Taleh İbrahimov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda cinayətkarlığa və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizəyə, ümumtəhsil məktəblərində keçirilən maarifləndirici tədbirlərə görə Astara RPŞ-nin rəisi, polisi polkovniki Azər Cahangirovdan razılığını bildirir və minnətdarlığını ifadə edir.