Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Paytaxt sakini olan bir qadını hədələyərək 800 manat pulunu almaqda şübhəli bilinən Bakı şəhər sakini N.Hüseynov saxlanılıb
07.08.2023
Paytaxt sakini olan bir qadının barəsində rüsvayedici məlumatlar yayılacağı ilə hədələnərək 800 manat pulunun alınması barədə polisə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini N.Hüseynov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Bakı şəhər sakini T.İbadovdan 1 kiloqramdan artıq heroin götürülüb
Binəqədi RPİ 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş T.İbadovdan 1 kiloqram 26 qrama yaxın heroin aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Nəsimi rayonu ərazisindəki evlərdən birinin girişindən velosiped oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini E.Qasımzadə saxlanılıb
İyulun 30-da Nəsimi rayonu ərazisindəki evlərdən birinin girişindən velosiped oğurlanması barədə 21-ci Polis Bölməsinə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Qasımzadə müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Yasamal rayonunun A.M.Şərifzadə küçəsindən moped oğurlamaqda şübhəli bilinən iki yeniyetmə saxlanılıb
Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 25-də A.M.Şərifzadə küçəsindən moped oğurlamaqda şübhəli bilinən iki yeniyetmə saxlanılıb. Araşdırma aparılır.
Xətai rayonu X.Məmmədov küçəsində yerləşən kafelərin birindən məişət əşyalarını oğurlamaqda şübhəli bilinən Ağcabədi rayon sakini R.Qəmbərov saxlanılıb
İyulun 29-na keçən gecə Xətai rayonu X.Məmmədov küçəsində yerləşən kafelərin birindən 4000 manat dəyərində məişət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub. Xətai RPİ 36-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Ağcabədi rayon sakini R.Qəmbərov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Sumqayıt şəhərinin 34-cü məhəllə ərazisində yerləşən mağazaların birindən qızıl boyunbağı oğurlamaqda şübhəli bilinən E.Quliyev saxlanılıb
Sumqayıt ŞPİ 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində 34-cü məhəllə ərazisində yerləşən mağazaların birindən qızıl boyunbağı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Quliyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Göyçay rayonunda bir nəfərə qarşı oğurluq əməlini törətməkdə şübhəli bilinən rayon sakini H.Kərimov saxlanılıb
Göyçay Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində K.Babayevin mobil telefonunu, içərisində pulu və bank kartları olan cüzdanını oğurlamaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş H.Kərimov saxlanılıb. Araşdırma aparılır.
Sabirabad rayonunun Yastıqoba kənd sakini G.Əliyevdən qanunsuz saxladığı ov tüfəngi götürülüb
Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Yastıqoba kənd sakini G.Əliyevdən qanunsuz saxladığı “TOZ-B” markalı ov tüfəngi götürülüb. Araşdırma aparılır.
Goranboy rayonunun Yeni Veyisli qəsəbəsi ərazisində “VAZ-2106” markalı avtomobil aşıb
Avqustun 7-də saat 7 radələrində Goranboy rayonunun Yeni Veyisli qəsəbəsi ərazisində qəsəbə sakini B.Hüseynov idarə etdiyi “VAZ-2106” markalı avtomobili aşırıb və nəticədə sərnişini, qəsəbə sakini S.Verdiyev hadisə yerində ölüb.Goranboy Rayon Polis Şöbəsində araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 40 cinayətin açılması təmin olunub
06.08.2023
Avqustun 6-da ölkə ərazisində qeydə alınan 40 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.