Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir
29.12.2025
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Dekabrın 29-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 2 tapança, 11 qumbara, 2 tüfəng, 10 patron darağı və 37 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Gün ərzində ölkə ərazisində qeydə alınan 22 cinayətin açılması təmin olunub
28.12.2025
Son iki gün pirotexniki vasitələr satan 23 nəfər saxlanılıb
Polis əməkdaşları tərəfindən ölkə ərazisində pirotexniki vasitələrin satışını təşkil edən şəxslərə qarşı növbəti tədbirlər həyata keçirilib.Paytaxt və bölgələrdə keçirilən tədbirlərlə pirotexniki vasitələrin satışı ilə məşğul olan daha 23 nəfər müəyyən olunaraq saxlanılıb. Onlardan müxtəlif növ yüksək səs və işıq effekti yaradan pirotexniki vasitələr aşkarlanıb. Polis əməkdaşları tərəfindən pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
İtkin düşmüş kimi axtarışı aparılan 7 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Dekabrın 27-də və 28-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 7 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Dələduzluğa görə axtarışda olan 5 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının dekabrın 27-də və 28-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 5 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Ümumi çəkisi 38,8 kiloqrama yaxın narkotik vasitə və 100 ədəd güclü təsiredici xassəyə malik həb götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə dekabrın 27-də və 28-də ümumi çəkisi 38,8 kiloqrama yaxın narkotik vasitə və 100 ədəd güclü təsiredici xassəyə malik həb aşkar olunaraq götürülüb.Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Dekabrın 27-də və 28-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 4 avtomat silahı, 3 tapança, 3 qumbara, 12 tüfəng, 9 patron darağı və 237 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Gün ərzində ölkə ərazisində qeydə alınan 31 cinayətin açılması təmin olunub
27.12.2025
Avtobusda sürücünün telefonunu götürüb qaçan sərnişin saxlanıldı
Paytaxtın Nəsimi rayonunda soyğunçuluq hadisəsi baş verib. Günorta saatlarında naməlum şəxs sərnişin qismində 54 saylı xətt üzrə hərəkət edən avtobusa daxil olaraq sürücünün mobil telefonunu talayıb.
Gün ərzində ölkə ərazisində qeydə alınan 30 cinayətin açılması təmin olunub
26.12.2025
Dekabrın 26-da ölkə ərazisində qeydə alınan 28, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.