Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
07.07.2026İyulun 7-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 11 avtomat silahı, 3 tapança, 4 qumbara, 38 tüfəng, 14 patron darağı və 149 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.