Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Gün ərzində ölkə ərazisində qeydə alınan 31 cinayətin açılması təmin olunub
17.12.2025
Sumqayıtda “işə düzəltmək” adı ilə dələduzluq edən şəxsi polis saxladı
Sumqayıt şəhərində dələduzluq faktı qeydə alınıb. Əvvəlcədən tanış olduğu şəxs zərərçəkəni məktəblərin birinə ibtidai sinif müəllimi kimi işə düzəldəcəyi vədi ilə aldadaraq onun 7000 pulunu ələ keçirib.Polis əməkdaşları tərəfindən aparılan əməliyyatla 56 yaşlı G.Əlimusayeva əməli törətməkdə şübhəli bilinərək saxlanılıb.Həyata keçirilən digər tədbirlər zamanı isə şəhər ərazisində yerləşən marketlərin birinin saxlanc yerindən 232 manat, digər iki elektronika mağazasında isə satıcının diqqətini yayındıraraq ümumilikdə 1050 manat dəyərində “ağıllı” qol saatı və qulaqcıq oğurlamaqda şübhəli bilinən M.Quliyeva və V.Rzayev də müəyyən olunaraq saxlanılıblar.Faktlar üzrə zəruri araşdırmalar aparılır.
İtkin düşmüş kimi axtarışı aparılan 7 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Dekabrın 17-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 7 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Dələduzluğa görə axtarışda olan 8 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının dekabrın 17-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 8 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Ümumi çəkisi 1,1 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə dekabrın 17-də ümumi çəkisi 1,1 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Dekabrın 17-də polis əməkdaşları paytaxt, respublikanın ayrı-ayrı rayonlarında və işğaldan azad olunan bölgələrdə 7 avtomat silahı, 1 tapança, 1 alışdırıcı, 5 tüfəng, 31 patron darağı və 857 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
DİN BNMİ-nin əməliyyatı zamanı ifşa olunan mütəşəkkil dəstə üzvlərindən 47 kq narkotik vasitə aşkarlandı
DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədi ilə əməliyyatlar davam etdirilir. Paytaxt və bölgələrdə baş tutan növbəti tədbirlər zamanı əvvəllər məhkum olunan Səddam Əsədov, Emin Balakişiyev və Emin Əliyev saxlanılıblar. Onlardan 47 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana və psixotrop maddə metamfetamin aşkarlanıb. Saxlanılanların şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşları ilə cinayət əlaqəsinə girərək narkotik vasitələri əldə etdikləri və satış məqsədi ilə əvvəlcədən təyin edilən nöqtələrə yerləşdirməyi planlaşdırdıqları məlum olub.Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 30 cinayətin açılması təmin olunub
16.12.2025
Xətai rayonunda evdən 12400 manat oğurlayan şəxs saxlanılıb
Paytaxtın Xətai rayonunda evlərin birində talama cinayəti baş verib. Zərərçəkən polisə müraciət edərək müxtəlif vaxtlarda yaşadığı evdən naməlum şəraitdə 12401 manatının oğurlanmasını bildirib. Xətai RPİ 34-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini 31 yaşlı V.Məmmədov müəyyən olunaraq saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
Sabunçu rayonunda evdən 8 min dollarlıq qızıl oğurlayan şəxs saxlanılıb
Sabunçu rayonunda evlərin birindən oğurluq edilib. Zərərçəkən polisə müraciət edərək yaşadığı evdən 8000 dollar dəyərində qızıl-zinət əşyasının naməlum şəraitdə talanmasını bildirib. Polis əməkdaşlarının daxil olmuş müraciət əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri ilə əməli törətməkdə şübhəli bilinən M.Vəlizadə müəyyən edilərək saxlanılıb.