Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Pirotexniki vasitələr satan daha 26 nəfər saxlanılıb
01.01.2026
Polis əməkdaşları tərəfindən ölkə ərazisində pirotexniki vasitələrin satışını təşkil edən şəxslərə qarşı tədbirlər davam etdirilir.Son iki gün ərzində paytaxt və bölgələrdə keçirilən tədbirlərlə pirotexniki vasitələrin satışı ilə məşğul olan daha 26 nəfər müəyyən olunaraq saxlanılıb. Onlardan müxtəlif növ səs və işıq effekti yaradan pirotexniki vasitələr aşkarlanıb.Pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Yardım etdikləri qadını talayan iki şəxs saxlanılıb
Xətai rayonu ərazisində 75 yaşlı qadın üzləşdiyi soyğunçuluq hadisəsi ilə bağlı polisə müraciət edib. O, mağazadan alış-veriş edib evə gedərkən qarşılaşdığı iki naməlum şəxsin ona əl yükünü daşımaq üçün kömək etmək istədiyini, daha sonra isə həmin şəxslərin zərərçəkənə məxsus içərisində 195 manat və kartlar olan pulqabını taladığını bildirib.Xətai RPİ 36-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən E.Kazımov və N.Həmidli müəyyən olunaraq saxlanılıblar.Araşdırmalar aparılır.
Oğurluq edən şəxs saxlanıldı
Polis bayram axşamı oğurluq edən şəxsi saxladı.Paytaxtın Sabunçu rayonu ərazisində fəaliyyət göstərən iaşə obyektlərinin birində çalışan şəxs polisə müraciət edərək dekabrın 31-də çantasından 600 manat dəyərində qızıl-zinət əşyasının oğurlandığını bildirib.Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 47 yaşlı R.Cəfərov saxlanılıb.Araşdırma aparılır.
İtkin düşmüş kimi axtarışı aparılan 5 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.Yanvarın 1-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 4 tüfəng, 5 patron darağı və 82 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Gün ərzində ölkə ərazisində qeydə alınan 21 cinayətin açılması təmin olunub
31.12.2025
Dekabrın 31-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 5 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Dələduzluğa görə axtarışda olan 6 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının dekabrın 31-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 6 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Ümumi çəkisi 28,9 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə dekabrın 31-də ümumi çəkisi 28,9 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Dekabrın 31-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 1 tapança, 87 tüfəng, 11 patron darağı və 44 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.