Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Nizami rayonunda moped oğurlayan şəxslər saxlanılıb
12.07.2026
Paytaxtın Nizami rayonunda zərərçəkənə məxsus *1000* manat dəyərində mopedin oğurlanması barədə polisə məlumat daxil olub.Həyata keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən C.Rəhimov və H.Məlikli saxlanılıb.Araşdırmalarla onların oğurladıqları mopedi satdıqları da müəyyən edilib.Araşdırma aparılır.
Bakıda avtomobilləri talayan şəxslər saxlanılıb
Sabunçu və Xətai rayonlarında zərərçəkənlərə məxsus “BYD” və “Changan” markalı avtomobillərdən müxtəlif məbləğlərdə pul vəsaiti, eləcə də digər əşyalar oğurlanıb.Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə talama cinayətini törətməkdə şübhəli bilinən R.Əliyev, K.Məmmədli və S.Səfərov müəyyən edilərək saxlanılıblar.Faktlar üzrə araşdırmalar davam etdirilir.
İtkin düşmüş kimi axtarışı aparılan 8 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
İyulun 11-də və 12-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 8 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Dələduzluğa görə axtarışda olan 9 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının iyulun 11-də və 12-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 9 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Ümumi çəkisi 7,2 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyulun 11-də və 12-də ümumi çəkisi 7,2 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Yabanı halda bitmiş 1,8 ton çəkidə 4900 ədəd çətənə kolu aşkarlanaraq məhv edilib
İyulun 11-də və 12-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə yabanı halda bitmiş 1,8 ton çəkidə 4900 ədəd çətənə kolu aşkarlanaraq məhv edilib. Bu istiqamətdə tədbirlər davam etdirilir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 42 cinayətin açılması təmin olunub
11.07.2026
Abşeronda evdən oğurluq edən şəxs saxlanıldı
Abşeron rayonu ərazisində yerləşən evlərin birindən 3850 manat nağd pul və 670 manat dəyərində qızıl-zinət əşyası talanıb. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 41 yaşlı S.Şıxməmmədov müəyyən edilərək saxlanılıb.Araşdırmalar davam etdirilir.
Oğurluq edən şəxs saxlanılıb
Nəsimi rayonu ərazisində yerləşən kafelərin birindən mobil telefon oğurlanıb. Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 32 yaşlı N.Ağamuradov müəyyən edilərək saxlanılıb.Araşdırmalar zamanı onun oğurladığı mobil telefonda olan mobil bank tətbiqindən istifadə edərək hesabdakı vəsaiti xərclədiyi də müəyyən edilib.Faktla bağlı araşdırma aparılır.
Qaradağ rayonunda soyğunçuluq edən şəxs saxlanılıb
Paytaxtın Qaradağ rayonunda yerləşən marketlərin birində yeniyetməyə qarşı soyğunçuluq edilib. Polis əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən 34 yaşlı T.Şotayev müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun zərərçəkənin pulunu xırdalamaq adı ilə ələ keçirərək hadisə yerindən qaçdığı məlum olub.Araşdırma davam etdirilir.