Gün ərzində qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
08.07.2026İyulun 8-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 tapança, 3 qumbara, 1 alışdırıcı, 19 tüfəng və 15 ədəd patron aşkar edərək götürüblər.
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.