Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Bakıda “Land Rover” idarə edən narkokuryerdən 17 kq marixuana aşkarlandı
25.12.2025
Xətai Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirilib. Tədbir zamanı əvvəllər məhkum olunmuş 42 yaşlı Orxan Qurbanov saxlanılıb. Onun idarə etdiyi “Land Rover” markalı avtomobilə baxış zamanı 17 kiloqram 330 qram narkotik vasitə olan marixuana aşkarlanıb. Həyata keçirilən digər əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən daha 3 nəfər - 36 yaşlı Emin Bayramov, 42 yaşlı İlkin Əlizadə və tanışı 36 yaşlı Amil İbayev saxlanılıblar. Onlardan isə ümumilikdə 21 kiloqram marixuana və 2 kiloqram 809 qram heroin aşkarlanaraq götürülüb. Saxlanılan şəxslər ifadələrində narkotikləri paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.Faktlarla bağlı başlanan cinayət işləri üzrə araşdırmalar davam etdirilir.Qeyd edək ki, cari ilin əvvəlindən Xətai RPİ-nin əməkdaşları tərəfindən 112 kiloqram müxtəlif növ narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
Gün ərzində ölkə ərazisində qeydə alınan 32 cinayətin açılması təmin olunub
24.12.2025
Dost dediyi adama kart məlumatlarını verdi və talandı
Səbail rayonu ərazisində bir nəfərin bank kartından 440 manat pul oğurlanıb. Polisə müraciət edən zərərçəkən kartını məlumatları ilə birgə dostuna etibar etdiyini, sonradan isə həmin şəxsin pulu öz hesabına köçürdüyünü bildirib.Səbail RPİ 8-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 22 yaşlı O.Mustafayev saxlanılıb.Faktla bağlı araşdırma aparılır.
Bakıda şirniyyat mağazasından oğurluq edən şəxs saxlanılıb
Paytaxtın Nizami rayonunda talama cinayəti baş verib. Rayon ərazisindəki şirniyyat mağazasından 2000 manat nağd pul naməlum şəraitdə oğurlanıb. Nizami RPİ 25-ci Polis Şöbəsinə daxil olmuş müraciət əsasında keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən əvvəllər oğurluqla əlaqəli cinayətə görə məhkum olunmuş 29 yaşlı R.Tarverdizadə müəyyən edilərək saxlanılıb.Nəsimi rayonunda isə ticarət mərkəzlərinin birindən 4049 manat dəyəri olan mobil telefonu oğurlayan 56 yaşlı L.Həsənov da polis əməkdaşları tərəfindən saxlanılıb.Hər iki faktla bağlı araşdırma aparılır.
Son iki gündə pirotexniki vasitələr satan daha 22 nəfər saxlanılıb
Polis əməkdaşları tərəfindən ölkə ərazisində pirotexniki vasitələrin satışını təşkil edən şəxslərə qarşı növbəti tədbirlər həyata keçirilib.Paytaxt və bölgələrdə keçirilən tədbirlərlə pirotexniki vasitələrin satışı ilə məşğul olan daha 22 nəfər müəyyən olunaraq saxlanılıb. Onlardan müxtəlif növ yüksək səs və işıq effekti yaradan pirotexniki vasitələr aşkarlanıb. Polis əməkdaşları tərəfindən pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Mağazada hər kəsin gözü önündə soyğunçuluq edən şəxsi polis saxladı
Dekabrın 24-də Sabunçu rayonu ərazisində naməlum şəxs müştəri kimi marketlərin birinə daxil olaraq orada satıcıya qarşı soyğunçuluq edib.Sabunçu Rayon Polis İdarəsi 13-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 57 yaşlı H.Hüseynov müəyyən olunaraq saxlanılıb.Bundan başqa, metrostansiyaların birində yerləşən geyim mağazasından bir nəfərə məxsus 124 manatı oğurlamaqda şübhəli bilinən S.Cəfərli də polis əməkdaşları tərəfindən saxlanılıb.Araşdırma aparılır.
İtkin düşmüş kimi axtarışı aparılan 3 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Dekabrın 24-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 3 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Dələduzluğa görə axtarışda olan 8 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının dekabrın 24-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 8 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Ümumi çəkisi 4,2 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə dekabrın 24-də ümumi çəkisi 4,2 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
23.12.2025