DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Binə qəsəbəsində  üzərində “Makarov” gəzdirən şəxs saxlanılıb

09.04.2024

Vətəndaşlarda qanunsuz olaraq saxlanılan odlu silah-sursatın əməliyyat yolu ilə aşkar edilməsi istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir. Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əvvəllər məhkum olunmuş 1994-cü il təvəllüdlü Mehdi Rzayev üzərində qanunsuz olaraq odlu silah gəzdirdiyi üçün saxlanılıb.
Onun üzərindən  1 ədəd “Makarov” markalı tapança, 1 ədəd patron darağı, 8 ədəd patron və 1 kiloqrama yaxın psixotrop maddə metamfetamin aşkarlanıb. 
Faktla bağlı araşdırmalar davam etdirilir. 
Qeyd edək ki, cari ilin 1-ci rübündə Xəzər RPİ-nin 3-cü PŞ-nin əməkdaşlarının əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsinə qarşı 42 əməliyyat keçirilib. Qanunsuz dövriyyədən 5 kiloqrama yaxın narkotik vasitə çıxarılıb.

Youtube linki - https://www.youtube.com/watch?v=M7fZ6jOlAYk

 

09.04.2024 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 63 cinayətin açılması təmin olunub 09.04.2024
  • Paytaxt və respublikanın ayrı-ayrı rayonlarında qanunsuz saxlanılan silah-sursat təhvil götürülüb 09.04.2024
  • Xankəndi şəhəri ərazisindən silah və sursatlar aşkar olunaraq götürülüb 09.04.2024
  • Aprelin 9-da ümumi çəkisi 2,2 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb 09.04.2024
  • Bank kartından oğurluq 09.04.2024
  • Abşeronda yeni tikilməkdə olan 11 evdən oğurluq edən şəxs saxlanılıb 09.04.2024
  • Binə qəsəbəsində  üzərində “Makarov” gəzdirən şəxs saxlanılıb 09.04.2024