DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Sabunçuda qızıl dükanını talayan və çətənə kolları əkən şəxslər saxlanılıblar

25.04.2024

Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 1985-ci il təvəllüdlü Anar Məcidov saxlanılıb. Onun üzərindən və evindən 5 kiloqramdan artıq marixuana aşkarlanıb. 
A.Məcidov ifadəsində bir müddət əvvəl bağ sahəsində çətənə bitkiləri əkdiyini və onlara xüsusi qulluq edərək şəxsi istifadəsi ilə yanaşı satmaq üçün yetişdirdiyini bildirib.
Qeyd edək ki, A.Məcidov əvvəllər də narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olduğu üçün məhkum edilib. 
 
Sabunçu RPİ-nin 14-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilən digər tədbir zamanı Maştağa qəsəbəsində yerləşən qızıl dükanlarından birindən soyğunçuluq edərək 1000 manat dəyərində üzük və sırğanı talayaraq ələ keçirən əvvəllər məhkum olunmuş Fərhad Hacıyev də saxlanılıb. O, ifadəsində yaşadığı Qaradağ rayonu Sahil qəsəbəsindən Maştağaya soyğunçuluq məqsədi ilə gəldiyini bildirib.
Hər iki faktla bağlı Polis Şöbəsində araşdırmalar davam etdirilir. A.Məcidov və F.Hacıyevin qanunsuz əməllərindən zərərçəkən digər vətəndaşlar varsa bu barədə polisə məlumat verə bilərlər.

Youtube linki - https://www.youtube.com/watch?v=WUHKvmT_Nvc

 

25.04.2024 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 72 cinayətin açılması təmin olunub 25.04.2024
  • Paytaxt və respublikanın ayrı-ayrı rayonlarında qanunsuz saxlanılan silah-sursat təhvil götürülüb 25.04.2024
  • Qanunsuz saxlanılan 3 tüfəng aşkar edilərək götürülüb 25.04.2024
  • Xankəndi şəhəri ərazisindən silah və sursatlar aşkar olunaraq götürülüb 25.04.2024
  • Aprelin 25-də ümumi çəkisi 2,5 kiloqrama yaxın narkotik vasitə, həmçinin 100 ədəd metadon həbi aşkar olunaraq götürülüb 25.04.2024
  • Xəzər rayonunun Türkan qəsəbəsi ərazisində 2 evdən məişət əşyaları oğurlamaqda şübhəli bilinən Q.Əliyev saxlanılıb 25.04.2024
  • “Piyadalar, diqqətli olun!” şərti adı altında Sumqayıt şəhərində profilaktik tədbir keçirilib 25.04.2024
  • Sabunçuda qızıl dükanını talayan və çətənə kolları əkən şəxslər saxlanılıblar 25.04.2024
  • Paytaxtda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıblar 25.04.2024