DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

“Piyadalar, diqqətli olun!” şərti adı altında Sumqayıt şəhərində profilaktik tədbir keçirilib

25.04.2024

Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən “Piyadalar, diqqətli olun” şərti adı altında profilaktik tədbir keçirilib. Tədbir zamanı yol polisləri piyada keçidindən düzgün istifadə etməyən şəxslərlə marifləndirici söhbətlər aparıblar. Piyadalara və digər hərəkət iştirakçılarına yol hərəkəti qaydalarına düzgün riayət etməyin vacibliyi tövsiyə olunub. Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq yol hərəkəti qaydalarını poza 196 piyada haqqında inzibati protokol tətbiq olunub.
Qeyd edək ki, mövsümə uyğun piyadaların hərəkət intensivliyi nəzərə alınaraq, eləcə də piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin sayının minimuma endirilməsi məqsədi ilə nəzarət-profilaktik tədbirlər artıq bir neçə gündür ki, daha da gücləndirilib. Bu istiqamətdə hərəkət iştirakçıları, xüsusilə piyadalar arasında intizamın möhkəmləndirilməsi məqsədilə respublika ərazisində "Piyadalar, diqqətli olun!" şərti adı altında hərəkətin təhlükəsizliyi həftəliyi keçirilir.

Youtube linki - https://www.youtube.com/watch?v=ATLibrynm1g

 

25.04.2024 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 72 cinayətin açılması təmin olunub 25.04.2024
  • Paytaxt və respublikanın ayrı-ayrı rayonlarında qanunsuz saxlanılan silah-sursat təhvil götürülüb 25.04.2024
  • Qanunsuz saxlanılan 3 tüfəng aşkar edilərək götürülüb 25.04.2024
  • Xankəndi şəhəri ərazisindən silah və sursatlar aşkar olunaraq götürülüb 25.04.2024
  • Aprelin 25-də ümumi çəkisi 2,5 kiloqrama yaxın narkotik vasitə, həmçinin 100 ədəd metadon həbi aşkar olunaraq götürülüb 25.04.2024
  • Xəzər rayonunun Türkan qəsəbəsi ərazisində 2 evdən məişət əşyaları oğurlamaqda şübhəli bilinən Q.Əliyev saxlanılıb 25.04.2024
  • “Piyadalar, diqqətli olun!” şərti adı altında Sumqayıt şəhərində profilaktik tədbir keçirilib 25.04.2024
  • Sabunçuda qızıl dükanını talayan və çətənə kolları əkən şəxslər saxlanılıblar 25.04.2024
  • Paytaxtda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıblar 25.04.2024