Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Əməliyyat tədbirləri ilə narkotik vasitə aşkar olunaraq götürülüb
23.01.2026
Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.Yanvarın 23-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 6 avtomat silahı, 1 tapança, 25 tüfəng, 5 patron darağı və 427 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Gün ərzində ölkə ərazisində qeydə alınan 67 cinayətin açılması təmin olunub
22.01.2026
Yanvarın 22-də ölkə ərazisində qeydə alınan 62, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Xəzər rayonunda marketdən oğurluq edən şəxs saxlanılıb
Xəzər rayonu ərazisində naməlum şəxs müştəri kimi marketə daxil olaraq oğurluq edib. Xəzər RPİ 3-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 36 yaşlı V.Məmmədov müəyyən olunaraq saxlanılıb. Araşdırma zamanı onun bir nəfərə məxsus velosipedi oğurlayaraq satdığı da məlum olub.Faktlarla bağlı araşdırma aparılır.
Paytaxtın iki rayonunda oğurluq edən şəxslər saxlanılıblar
Xəzər rayonu ərazisində “Range Rover” və “Hyundai” markalı iki avtomobildən oğurluqlar edilməsi barədə polisə məlumatlar daxil olub.Xəzər RPİ 3-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 29 yaşlı E.Rəhimov müəyyən olunaraq saxlanılıb. Araşdırma zamanı onun rayon ərazisindəki mağazadan və evdən oğurluqlar etdiyi də məlum olub.Nəsimi rayonunda isə bir nəfərin bank kartını ələ keçirərək mağazalardan alış-veriş etməkdə şübhəli bilinən 23 yaşlı M.Əzimov, 30 yaşlı Ə.Nifdalıyev və 20 yaşlı Ö.Nifdalıyev saxlanılıblar.Araşdırma aparılır.
Avtomobillərdən oğurluq edən şəxs saxlanıldı
Paytaxtın Nəsimi rayonunda oğurluq hadisəsi baş verib. Naməlum şəxs zərərçəkənin “Lexus” markalı avtomobilinin şüşəsini sındıraraq içərisindən 2100 manat, bank kartları və sənədlərini talayıb. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 40 yaşlı S.Mirzəyev müəyyən olunaraq saxlanılıb. Araşdırmalarla onun elə həmin gün eyni üsulla “Changan” markalı digər avtomobildən də bank kartları oğurladığı, daha sonra isə kart hesabında olan pul vəsaitini nağdlaşdırdığı məlum olub. Xətai rayonunda keçirilən tədbir zamanı isə qəssab dükanından oğurluq etməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 44 yaşlı V.Abbasov da saxlanılıb.Faktlar üzrə araşdırmalar davam etdirilir.
DİN BNMİ-nin əməliyyatı zamanı 46 kq marixuana aşkarlanıb
Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyatlar zamanı ölkə ərazisində narkotiklərin qanunsuz dövriyyəsi və satışını təşkil edən 32 yaşlı Anar Əhmədov və 25 yaşlı Əli Seyidzadə saxlanılıblar. Onlardan ümumilikdə 46 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb. Faktlarla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.Polis əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə fasiləsiz davam etdirilir.
İtkin düşmüş kimi axtarışı aparılan 5 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Yanvarın 22-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 5 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Dələduzluğa görə axtarışda olan 9 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının yanvarın 22-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 9 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Ümumi çəkisi 9 kiloqramdan artıq narkotik vasitə və 120 ədəd güclü təsiredici xassəyə malik həb aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə yanvarın 22-də ümumi çəkisi 9 kiloqramdan artıq narkotik vasitə və 120 ədəd güclü təsiredici xassəyə malik həb aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.